Yeni kartın bazara təqdimatı şirkətin Apple ilə rəqabət aparmasına səbəb olacaq. Belə ki, ötən il kompaniya özünün kredit kartı olan Apple Card-ı hazırlamışdı.


Facemark.az TechCrunch-a istinadən yazır ki, Google kompaniyası özünün şəxsi debet kartını, həm fiziki, həm də virtual analoqunu hazırlaya bilər.


Mənbənin sözlərinə görə, kartı Google Play üzərindən idarə etmək mümkün olacaq. Bu isə şirkətə ötən il özünün kredit kartını bazara çıxaran Apple korporasiyasının Apple Card məhsulu ilə rəqabət etməsinə şərait yaradacaq. İstifadəçilər özünün xərclərini izləyə bilər, balansını yoxlaya və qeydə alınan hesabı blok edə bilərlər. Mənbə Google-un partnyorları arasında isə CITI və Stanford Federal Credit Union banklarının adını verib.


Xatırladaq ki, kartın nə zaman bazara çıxarılacağı isə hələ ki məlum deyil. Google məsələni təkzib etsə də, amma məhsulun inkişafı haqqında informasiyanı təkzib etməyib. Onlar mənbənin dediyi kimi yuxarıda adları sadalanan banklar ilə əməkdaşlıq etdiklərini də deyiblər. Onlar əlavə ediblər ki, məsələ ilə bağlı yaxın aylarda daha dəqiq informasiyanın paylaşılmasını səbrsizliklə gözləyirlər.