“Алёнка” şokoladı ən məşhur SOVET şokolad brendidir. Şokoladın adı birinci SOVET qadın-kosmonavt Valentina Tereşkovanın qızının adını daşıyır. Amma şokoladın qablaşdırılmasında olan qız isə başqa SOVET vətəndaşının qızının təsviridir. Məşhur və sevimli olan “Алёнка” şokoladının tarixi isə 60-cı illərə gedib çıxır. Həmi vaxt SSRİ hökuməti qida proqramı hazırlamışdı. Ora əlavə edilən punktlardan biri də o idi ki, ölkədə yeni dadlı südlü şokolad istehsal olunsun. Dövlətin bu tapşırığını yerinə yetirmək üçün tender elan edildi və tenderin qalibi isə Şirniyyat fabriki “Qırmızı Oktyabr” - «Красный октябрь» oldu.


“Qırmızı Oktyabr”: Fərqli “Алёнка” obrazları


Resept ilə yanaşı, qarşıda duran suallardan biri də o idi ki, məhsulun qablaşdırılması da çox tanınan və cəlbedici olsun. Rəssamlar onu bir çox obrazda, qərənfillər ilə, saçları hörgülü, həmçinin Qar qız obrazında sınadılar.



“Алёнка” obrazı üçün yaradıcı axtarış



Hətta qablaşdırmanın üzərində Viktor Vasnetsov-un Alyonuşka (Алёнушка) portretini də əlavə etmək haqqında düşündülər. Ancaq yuxarıdakı ideya tənqid edildi. Belə ki, bildirdilər ki, SOVET-lərdə yaşayan hər bir uşaq xoşbəxtdir. Amma təsvirdəki qız isə kədərlidir, eyni zamanda ayaqları belə çılpaq təsvir edilib. Nəticədə isə rəssam Aleksandr Qerinasın qızının fotosunun üzərində dayandılar.



Qerinasın həyat yoldaşı öz qızının fotosunu 1960-ci ildə çəkib, həmin vaxt uşaq 8 aylıq olub.1962-ci ildə isə bu portret “Səhiyyə” jurnalında dərc edildi. 1965-ci ildə isə Veçernayaya Moskva qəzetində şokoladın qablaşdırılması üçün tender elan edəndə, onlar yenidən bu fotonu xatırladılar.



Elena Qerinasın uşaqlıq fotosu


Amma doğrudur ki, şokolad brendinin qablaşdırılması üçün fotonu az da olsa rənglədilər: Belə ki, qızın göz rəngi qəhvəyi rəngdən mavi rəngə dəyişdirildi, üzü az da olsa uzadıldı, yanaqlarına ənlik sürüldü, dodaqlarını isə daha dolğun etdilər. Beləliklə, 1966-cı ildə təkcə SSRİ-də deyil, sərhədlərdən kənarda da tanınan, qablaşdırılması və dadı ilə məşhurluq qazanan şokolad brendi ərsəyə gəldi. Xatırladaq ki, bu sadə olmayan transformasiya 2000-ci ildə “Qırmızı oktyabr” fabrikini Elena Qerinasa 5 milyon rubl dəyərində təzminat ödəməkdən xilas etdi. O, məhkəməyə müraciət edərək, bildirdi ki, illərdir ki, onun fotosundan şokoladın qablaşdırılması üçün istifadə edilir. Amma məhkəmə onun qərarını rədd edir. Bu gün Elena Qerinas Moskva ətrafında Ximki qəsəbəsində yaşayır. O, ərdədir və iki uşağı tərbiyə edir. İxtisas üzrə isə əczaçıdır.



Qızın yetkin yaşdakı görüntüsü də ortaya çıxdı


Uzun illər Sovet İttifaqınn müxtəlif fabriklərində təxminən 50 növdə «Алёнка» şokoladını hazırladı. Ancaq hələ də “Qırmızı oktyabr” fabriki məhsulun rəsmi patentini almayıb. Bir müddət isə qablaşdırılmanın üzərində Sovet məktəbli qızı olan Aleksandra Eqorovanın şeiri çap olunmuşdu.


Hər kəs uşaqlıqda, “Алёнка” ilə tanış olmaqdan məmnundur. Al, al, al, şokolad al!



Qeyd edək ki, yerli marketlərdə bu şokoladı 17-18 AZN-ə almaq mümkündür.


Mənbələr:


https://bigpicture.ru/?p=737407


https://zen.yandex.ru/media/den/kak-seichas-vygliadit-devochka-s-shokoladki-alenka-5d088a60a1980500aed1385e