“ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.


4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə‭ ‬ üzrə‭ ‬ 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunacaq.


#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.