2019-cu ilin ən gəlirli filmi “Mstiteli: Final” (Avengers: Endgame, Qisasçılar: Final) olub. Film öz yaradıcılarına 890 milyon dollar gəlir gətirib. Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmidir.
Facemark.az Deadline nəşrinə istinadən xəbər verir ki, reytinqin ikinci pilləsində isə cizgi filmi “Xolodnoe serdse-2” (Frozen II, Soyuq ürək cizgi filmi) olub, 599 milyon dollarlıq gəlir ilə qərarlaşıb.
Üçüncü pillədə isə 580 milyon dollarlıq gəlir ilə “Korol Lev” (The Lion King, Kral Şir) tutub.
Reytinqin dördüncü isə 437 milyon dollarlıq gəlir ilə “Joker” filmi qərarlaşıb. TOP 5-liyi isə daha bir kinokomiks “Kapitan Marvel”(Captain Marvel) tutub, 414 milyon dollar ilə.
Qeyd edək ki, yanvarda Empire jurnalının ekspertləri və oxucuları XXI əsrin ən yaxşı TOP 10 filminin adını elan etmişdi. Reytinqin birincisi isə 2015-ci ildə hazırlanan “Bezymniy Maks: Doroqa yarosti” (Mad Max: Fury Road) olmuşdu.




