Mağazalar şəbəkəsi Fashion House özünün müflisliyini elan etdi. Şirkət artıq öz işçilərinə əmək müqavilələrinin ləğvi barədə məlumat verib.


Kişi və qadın geyimlərinin satışı ilə məşğul olan Fashion House mağazalar şəbəkəsi özünün fəaliyyətinin dayandırdığını elan edib.


Facemark.az xarici mətbuata istinadən yazır ki, müvafiq məktub artıq işçilərə göndərilib.



Bildirilib ki, riteyler koronavirus pandemiyasının yayılması və buna uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin aparılmasına görə maliyyə çətinliyi ilə üzləşib. Məsələn, belə məhdudlaşdırılmış tədbirlər martın 28-də Moskvada reallaşıb. Belə ki, ictimai yerlər, o cümlədən geyim mağazaları və ticarət mərkəzləri bağlanmışdı.


Şirkətin məktubunda isə deyilirdi ki, bütün vəsait işçilərin maaşlarının ödənilməsinə gedib, hesablardakı pul tükənib, digər ödənişlər isə gözlənilmir. Sənəddə bildirilib ki, “şirkətimizin maliyyə cəhətdən müflis olduğuna dair rəsmi müraciət etməyə məcburuq”. Artıq işçilərdən əmək müqavilələrinin ləğv edilməsi istənilib. Şəbəkənin nümayəndəsinin sözlərinə görə, martın sonundan əmək haqqı, xəstəlik, analıq məzuniyyətinə görə, ödəniş edilməyib.


Qeyd edək ki, Fashion House-ın əsası 2001-ci ildə qoyulub. O Moskva və bölgələrdə olan 19 mağazadan ibarətdir.