BMW Rusiyada avtomobillərin onlayn satışına başlayır. Şirkət ölkə daxilində bütün avtosalonların bağlanması fonunda yeni satış formatını sınaqdan keçirir.


BMW Group Rusiya avtomobillərin onlan satışına başladığını elan edib.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin özünün rəsmi açıqlamasında deyilib. Bu seçim dilerlərin və distribyutorun saytlarında mövcuddur.


Uzaqdan kredit müraciəti edə, yaxud trade-in qiymətləndirməsi apara bilərsiniz. Bundan sonra isə alıcı öncədən ödəniş edə, yaxud tam ödəmə (bank kartı, yaxud Apple Pay, Google Pay ilə) həyata keçirə bilərlər.


Ödənişdən sonra isə müştəri çatdırılmanın detalları barəsində diler ilə əlaqə saxlayır. Bildirək ki, şirkət hələ 2019-cu ilin noyabrında BMW 2 Series Gran Coupe Online Edition üçün onlayn sifarişləri test etdiyini elan etmişdi. İlin əvvəlindən bu yana isə 100-dən çox ön ödəniş qalıb. İndi onlayn sifariş isə BMW-nin bütün modellərinə şamil edilib.


Qeyd edək ki, ekspertlər isə bildirir ki, daha əvvəl iri avtodilerlər müştərilərinə avto onlayn, ilkin ödəniş, rezerv kimi seçimlər təklif etmişdilər. “Müştərilər onlayn qaydada brend, model, xüsusiyyətlərini seçmək və onu digər dilerlər ilə müqayisə etmək üçün çox vaxt sərf edir. Avtomobillər üçün ilkin ödəniş seçiminin və çatdırılmanın rəsmiləşdirilməsi kimi yeniliklər yerində və vaxtında atılıb. Onun satışlara təsir-edib etməyəcəyi isə avtokonsernin müştəri məlumatları ilə işləməsindən, diler şəbəkəsinin işini necə təşkil etməsindən, avtomobilin keyfiyyəti və çatdırılmanın sürətindən asılı olacaq”, - deyə avtomobil bazarı üzrə ekspertlər deyib.