Rusiyalılar özünütəcrid dövründə özlərini daha çox desert və şirniyyat ilə sevindirməyə çalışıb.
Facemark.az xəbər verir ki, bu haqda İzvestisiya nəşri onlayn-riteylerin məlumatlarına istinadən xəbər verir.
Məsələn, Ozon internet-mağazasında aprelin 1-dən 20-dək şokolad satışları üzrə temp artıb. Belə ki, ötən ilin anoloji dövrü ilə müqayisədə satışlarda artım tempi təxminən 3,5 dəfə çox olub.
Wildberries-də isə ən çox sifariş edilən şirniyyat isə keks olub. Fevral ilə müqayisədə aprelin ilk üç həftəsində bu məhsulu üç dəfə çox almağa başlayıblar. Üç qat artım bərk karamel və künçütə olub. İki qat artım isə zefir və vaflidə qeydə alınıb.
Şirniyyatın istehlakı zamanı insanda xoşbəxtlik hormanları baş qaldırır. Beləliklə insanlar stressi azaldırlar, deyə həkim-endokrinoloq, qidalanma üzrə mütəxəssis Aleksey Kalinçev deyib.
Müvafiq artım digər kateqoriyadan olan məhsullarda da qeydə alınıb. Ozon-da çay satışları apreldə iki dəfə artıb. Çayın istehlakında artım isə onunla bağlıdır ki, insanlar belə içkilər ilə immunitetlərini gücləndirməyə çalışırlar. Həmçinin bu təhlükəsizlik və ev rahatlığı ilə də izah edilir.
Şokolad istehlakının azaldılması ilə bağlı hazırladığımız tövsiyələrə isə bu məqalələrdən baxa bilərsiniz.
http://facemark.az/site/news/10332
http://facemark.az/site/news/10331