Dünyanın ən yaşıl və ekoloji təmiz şəhəri reytinqinə Avstriyanın Vyana şəhəri başçılıq edib.
Facemark.az xəbər verir ki, reytinqi konsaltinq şirkəti Resonance Consultancy hazırlayıb, Lonely Planet nəşri yazır.
Şirkətdən qeyd edildiyi kimi onlar öz metodologiyasından yaşıl gələcəyə yol açan şəhərləri müəyyən etmək üçün istifadə edib.
Reytinqi tərtib edən zaman isə yaşıl məkanların sayı, vətəndaşların gəzintisi üçün yerlər, havanın çirklənməsi səviyyəsi kimi kriteriyalar nəzərə alınıb. Vyana şəhəri isə çoxsaylı parkları və ictimai nəqliyyatın inkişafına görə, dünyanın ən yaşıl şəhəri elan edilib. Hətta yerli sakinlərin çoxu ətraf mühiti çirkləndirən şəxsi avtomobillərdən də imtina edib. Almaniyanın Münhen şəhəri isə vətəndaşların avtomobillərinin sayını azaltan, innovativ yüksək sürətli ictimai nəqliyyat sistemi isə reytinqin ikincisi olub. Berlin isə bir çox yaşıl ictimai yer və parkları ilə üçüncü olub. Dördüncü yeri isə çoxsaylı yaşıl məkanı və piyadalar üçün rahat infrastrukturuna görə İspaniyanın Madrid şəhəri tutub. Beşinci isə təbii məhsulları ilə fermer bazarlarının çox olduğu San-Paul şəhəri olub.
Həmçinin dünyanın ən yaşıl şəhərləri reytinqinə Mançester, Lissabon, Sinqapur, Amsterdam, Vaşinqton da daxil olub.
Qeyd edək ki, daha əvvəl kirayə mənzilin qiymətinin yüksəkliyinə görə, Avropanın ən bahalı şəhərinin adı elan edilmişdi. Ən bahalı şəhər isə London olmuşdu. Belə ki, üç yataq otağı olan kirayə mənzil turistə təxminən ayda 5,3 min avroya başa gəlir.