Ticarət platforması “AliExpress Rusiya”da gözəllik üçün olan qadjetlərin satışı pandemiyada illik müqayisədə 4000% artım nümayiş etdirib.
Facemark.az-ın məlumatına görə, bu haqda internet mağazasının özünün məlumatına deyilir.
Ən çox isə mikroiynə ilə birlikdə satılan üz üçün dönən masaj alətlərinə olub- satışlarda artım 2783%. Mikroiynədən dolayı, cihaz komponentlərin dəri qatına nüfuz etməsini təmin edir. Mikrodermabraziya üçün nəzərdə tutulan aparatın satışları isə +986% təşkil edib. Bu qurğulara vakkum başlıqlar əlavə edilir ki, bu da dəriyə parlaqlığı və təmizliyi geri qaytarır. İşıq diodu üçün nəzərdə tutulan aparatların satışları isə illk müqayisədə 970% artıb. Bu qurğu qan dövranını yaxşılaşdırır, yağlı dərilərin sekresiyasının normallaşdırır və tonu və dərinin ümumi vəziyyətini yeniləyir. Hazırki mövsümdə oksigenin köməyi ilə dərinin və onun vəziyyətini yeniləyən cihazlar isə daha populyar olub.
Şirkətin analitikləri isə deyirlər ki, byuti-qadjetlərə marağın belə artmasına səbəb, evdə istifadə üçün nəzərdə tutulan kosmetik aparatlar bazarının inkişafı və koronavirus pandemiyasından dolayı evdə qalan alıcıların öz dəriləri daha yaxşı vəziyyətdə saxlamaq istəyindən qaynaqlanırdı.
Mayın 8-də isə “AliExpress Rusiya”dan deyirdilər ki, saçların kəsimi üçün nəzərdə tutulan maşınların satışları ötən ilin anoloji dövrü ilə müqayisədə 350% artım nümayiş etdirib. Orta qəbz isə 23% artıb. Analitiklər bu məhsullara tələbin artmasını isə COVID-19 pandemiyası zamanı həyata keçirilən məhdudlaşdırıcı tədbirlədən dolayı gözəllik salonlarının və bərbərxanaların bağlanması ilə əlaqələndirirlər.