Aksioner İlon Maskı Tesla avtomobilini reklam etməyə dəvət etdi. İdarə Heyəti isə belə bir təşəbbüsə qarşı çıxdı.
Kaliforniyalı, Tesla avtomobil şirkətində 850 paya sahib olan Ceyms Danfort digər aksionerlərə kompaniyanın marketinq strategiyasına yenidən baxmağı təklif edib.
Facemark.az xəbər verir ki, SEC tərəfindən yayımlanan sənəddə deyilir ki, illik iclasda bu punkt üzrə səsvermə keçiriləcək.
Tesla İdarə Heyəti isə öz növbəsində mövcud təklifi rədd etməyi tövsiyə edib. Ənənəvi reklamın əleyhdarı isə şirkətin qurucusu İlon Maskdır. Danfort, Tesladakı hər bir avtomobil üçün 50 dollar ilə, fəal reklam edilməsinin zəruriliyini təkid edir. O, keçən il şirkət pərakəndə mağazalarını bağlamağa və onlayn satışları təşviq etməyə başladığından bu təklifi vacib sayır. Aksioner hesab edir ki, birincisi reklam marka dəyərini artıracaq, həmçinin müştərilərin məhsula marağı artacaq. İkincisi isə reklama maliyyənin ayrılması FUD -u aradan qaldırmağa (qorxu, qeyri-müəyyənlik, şübhə), marka imicini daha müsbət hala gətirməyə, rəqiblər tərəfindən yaradılan əks kampaniyaları aradan qaldırmağa kömək edəcək. Üçüncüsü isə, reklam pərakəndə satış mağazalarının bağlanması ilə yaranan tanıtım səviyyəsinin azalmasını kompensasiya etməyə kömək edəcək. Son olaraq isə, Tesla reklam ilə iqlimdəki zərəri azaltmaq ehtiyacı haqqında təsirli mesaj verə bilər.
Ancaq İdarə Heyəti aksionerin təklifini dəstəkləməyib. Bəyanatda deyilib ki, bu şirkətin və onun digər səhmdarlarının maraqlarını əks etdirmir. İdarə Heyəti deyib ki, onlar marketinq də daxil olmaqla, digər xərcləri qarşılayan idarəedici komandaya güvənirlər. Tesla-dakı pərakəndə mağazalara gəldikdə isə deyirlər ki, səhmdar şirkətin strategiyasını yanlış başa düşüb. Onlar, trafik və satışın az olduğu yerləri bağlaya bilərlər, amma bunun əvəzinə perspektivin daha çox olduğu lokasiyalarda pərakəndə satış mərkəzləri fəaliyyət göstərir. Nəticədə 2019-cu ildə Tesla Amerika bazarında 367656 avtomobil satdı (50%).
Üstəgəl, Model 3-ün satışları BMW 3-Series, Mercedes C-class, Audi A4 və Lexus IS-ın satışlarını belə aşdı. Bütün bunlar ənənəvi reklamın və minimal marketinq xərcləri ilə edildi. Hətta ötən il şirkət sosial şəbəkələrdə 0 dollar xərclədi. 2016-cı ildə isə İlon Maskın strategiyasından yazan, sahə üzrə nəşr Teslarati Global Equities Research-ün məlumatlarına istinadən yazırdı ki, Tesla hər avtomobilinin reklamı üçün 6 dollar xərcləyir. Müqayisə üçün deyək ki, bu rəqəm Jaguar -da hər avtomobil markası üzrə 3325 dollar, Lexus-da 1168 dollar, Porsche-də 267 dollar, Toyota-da isə 248 dollar olub.
Mask yerli tanıtım etməyə üstünlük verir. Məsələn, 2018-ci ildə Tesla Roadster Devid Boui-nin mahnısının sədaları altında kosmosa göndərildi. Mayın 30-da astronavtların kosmosa göndərildiyi zaman hansı avtomobildən istifadə edildiyini də yazmağa düşünürük ki, ehtiyac yoxdur.
