Pandemiya insanların zehinlərinə necə təsir edir? Qorxunun artmasının nəticələri nə olacaq? Rusiyanın elm adamları təşkil etdikləri onlayn konfrans çərçivəsində bu suallara cavab axtarıblar.
Qorxu epidemiyası
Rusiya Elmlər Akademiyası Psixologiya İnstitutunda RAS professoru və sosial və iqtisadi psixoloji laboratoriya rəhbəri Timofey Nestik, nələrin olduğu haqqında danışmaq üçün indi istifadə edilən sözlərin çox vacib olduğunu deyib.
Timofey Nestik, “neqativdənsə, pozitiv hədəflərə keçməyin zamanıdır. Ölümlərin deyil, qurtarılan həyatların sayı haqqında danışılması və itirilən işlərin siyahısındansa, qorunan işlərin sayını gündəmə gətirməliyik” dedi. Sözlərinə, “qarşıdakı aylarda nələr olacağı haqqında mümkün olduqca daha çox məlumat vermək lazımdır. Beləliklə, insanlar hökumət planlarına və qərarlarına bağlı olaraq özlərinin planlarını qura bilərlər” deyərək davam edən Nestik içində olduğumuz dövrdə bizə əsl zərər verən qorxu və narahatlıq faktoru olacaq.
Mövcud riyazi modellər insanların pandemiya prosesinə yanaşmasına necə təsir edir?
Mütəxəssislərə görə, epidemiyanın mövcud riyazi modelləri psixoloji araşdırmaların nəticələrini nəzərə almır. İctimai Vəqfin son məlumatlarına görə, iştirakçıların 40%-i infeksiyaya tutulmaqdan qorxmur və 57%-i isə koronavirus testləri etmək istəmir. Psixoloqlara görə, insanlarda yaranan qorxu faktoru, onların karantin qaydalarına riayət etmək istəyinə təsir edir. Bundan başqa, psixoloqlar deyir ki, qorxunun özü bir çox psixoloji faktorlara bağlıdır. Araşdırmalara görə, insanların infeksiyaya tutulma riskinin soyuq fiqurlar, qrafiklər ilə anladığı təqdirdə onların içində olduğumuz vəziyyəti xəfifə alacaqlarını deyir. Ya da qorxulu ssenarini, bilinən, narahatlıq yaradan digər hadisələr ilə bağlayaraq yanlış mənzərə yaratdığını deyir.
Timofey Nestik-ə görə, qorxunun rolu getdikcə zəifləyir. Nestik bu vəziyyəti, “dərmana etibar etməyən, virusun təhlükəli olduğuna inanmayan insanlar qrupunun getdikcə artdığını görürük” deyir və qısaca analiz edir.
Prosesdə və sonrasında fərdin psixologiyasının cəmiyyət üzərində təsirini: “Qorxu hər yerə təhlükə götürür!”.
Rusiyalı psixoloqlara görə, psixoloji travmanın ana dalğası pandemiyanın iqtisadi təsirləri ilə bağlı olacaq və bir neçə il davam edəcək. Bu vəziyyətdə cəmiyyətdə yüksəliş gözlənilən mənfi davranışların başında əcnəbi düşmənliyi gələcək.
Nestik mövzu ilə bağlı olaraq, “indi ən böyük epidemiyanın bir-birimizlə olan münasibətlərimizə necə təsir edəcəyidir. Hamımız günaharlıq qorxusunun necə böyüdüyünü görürük. Amma nəzərə alın ki, qorxu hər yerə təhlükə götürür”, - dedi.
Mənbə: Sputnik News