Barselona çətin iqtisadi vəziyyət səbəbindən yaranan böhrandan çıxmaq üçün çıxış yolu axtarır.
Facemark.az xəbər verir ki, Marca-nın yazdığı məlumata görə, mavi-qırmızı forma geyinən oyunçulara maaşlarını ikinci dəfə azaldılması təklif edilib.
Yeni şərtlərə görə, oyunçuların maaşları mayın sonuncu həftəsində 70%, iyulun ilk həftəsində isə 50% azaldılması nəzərdə tutulur. Hazırki situasiyada kataloniyalı oyunçular maaşlarının azaldılmasından imtina edirlər. Ancaq qeyd etmək yerinə düşər ki, onların özləri martın əvvəlində kluba dəstək olmaq üçün maaşlarının 70% azaldılmasını təklif etmişdilər.
Qeyd edək ki, daha əvvəlki xəbərlərdə deyilidi ki, oyunçu Usman Dembele Barselona ilə yollarını ayıracaq.