Ceff Bezos, ABŞ-da davam edən mitinqlərə verdiyi dəstəkdən dolayı, aldığı mesajlardan birini paylaşaraq, “Sən itirməkdən məmnun olduğum bir müştərisən”, qeydini əlavə etdi.
Amazon-un CEO-su Ceff Bezos, şiddət və irqçiliyə qarşı dəstək hərakatı Black Live Matter-a dəstəyindən sonra, mənfi reaksiyalar alıb.
Facemark.az xəbər verir ki, milyarder aldığı maillərdən birini Instagram izləyiciləri ilə paylaşıb.
Bezos, Amazon-dakı sifarişini ləğv etdiyini deyən Dave adlı bir müştəriyə “Sən itirməkdən məmnun olduğum bir müştərisən” dedi.
ABŞ-da bir polisin qaradərili George Floydu öldürməsindən sonra, mənfi reaksiyalar artmaqda davam edir. Ölkədə irqçiliyə qarşı hərəkatlar səngimək bilmir. Şirkətlərin rəhbərləri də bir-bir Black Live Matter hərəkatına dəstəklərini ifadə edirlər. Bu adlardan biri də Ceff Bezos, dəstək mesajından sonra, təhqirlə dolu mesajlar almaya başladığını deyərək, bunlardan birini izləyiciləri ilə paylaşıb.
Bezos, “Son paylaşımımdan sonra, mesaj qutumda təəccüblü olmayan, ancaq ürək bulandıran bir çox mesaj aldım. Bu cür nifrət kölgələrin arxasında qalmamalıdır. Bunu görünən etmək çox vacibdir. Bu problemin sadəcə bir nümunəsidir.
Dave, sən itirməkdən məmnun olduğum bir müştərisən”, - dedi.
Xatırladaq ki, Amazon-un CEO-su ötən günlərdə də “Bütün həyatlar dəyərlidir” deyərək mesaj göndərən bir müştərisinə “Qara dərililərin həyatı dəyərlidir demək, digər həyatlar dəyərli deyildir, mənasına gəlmir” cavabını vermişdi.
Bezos-un bu mesajı da bəyənilmişdi.

