2020-ci ilin ilk 4 ayında 760 mindən çox mənzilin məlumatlarını təhlil edən Apsiyon, koronavirus dövründə ictimai yerlərdə davranış dəyişikliklərini araşdırdı.
Bütün dünyaya təsir göstərən koronavirus ilə birlikdə, insanların davranışlarında da dəyişikliklər müşahidə olunur. Apsiyon-un apardığı tədqiqata görə, bir il əvvəl ilə müqayisədə qonaq qəbul nisbətlərində 36,9% azalma olub.
Qonaqpərvərlik nisbəti azalıb
Yanvardan etibarən Türkiyədə qonaq qəbul etmə faizinin koronavirus, özünütəcrid də daxil olmaqla, epidemiya əleyhinə tədbirlərdən dolayı
azaldığını bildirən Apsiyon CEO-su (Baş icraçı direktor) Kudret TÜRK “ Ötən ilin eyni dövrü ilə müqayisə apardığımız zaman, yanvardan bəri enmənin olduğunu görürük. Enmə trendi yanvar ayında 21,2%, fevralda 10,3% və martda 41,2%, apreldə isə 64,9 faizə enib”, - deyə qeyd etdi.
Təbii qaz və su “pulun”da orta artım aprel ayında azalıb
Təbii qaz və su “pulu”nun ortalama dəyəri 4 aylıq dövrdə də artıb. Ötən ilin yanvar ayında 318 lira 60 kuruş olan təbii qaz “pulu”nun ortalama dəyəri bu il 14.5 faiz artaraq 364 lirənin 70 kuruşuna çatıb. Mart ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq ən yüksək həddə çatan təbii qaz “pulu”, aprel ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 9,2 artım müşahidə olunub. Su “pulun”da isə əvvəlki ilin 4 aylıq dövrü ilə müqayisədə mənzil başına düşən ortalama 27,7 faiz yüksəliş qeydə alınıb.
Qonşular bir-birlərindən daha çox çörək, maska və internet əldə etmək istəyiblər
CEO deyib ki, koronavirusa görə, insanlar evdən çıxa bilmirdi. Onların bir-biri ilə market, aptek, gündəlik alış-veriş ehtiyaclarını qarşılamaq üçün “Qonşum var” layihəsini 3 Apreldən bəri reallaşdırdıq: “11-12 aprel tarixlərində elan olunan gözlənilməyən komendant saatından dolayı “Qonşum Var”a müraciətlər 10 qat artıb. Aprelin 12-dən bu yana müraciətlərdə yüzdən çox artım oldu. Bu müddətdə qonşular bir-birləri ilə çörək, qırmızı mərci, çay və qəhvə kimi ərzaq məhsullarının yardımını ediblər. Eyni zamanda, maska, Wİ-Fİ-ın parolunu istəmək, pişik / it qidası və şarj aləti də bura daxildir”.
Araşdırmanı daha ətraflı oxumaq üçün link:
https://digitalage.com.tr/sosyal-izolasyonun-toplum-yasamina-etkisi-arastirma/