Ümumdünya Səyahət və Turizm Şurası (World Travel & Tourism Council, WTTC) bu yay dincəlmək üçün ən təhlükəsiz istiqamətlərin adlarını elan edib.
Facemark.az xəbər verir ki, bu haqda qurumun özünün rəsmi saytında məlumat verilib.
Şuranın məlumatında deyilib ki, turistlər üçün ən təhlükəsiz istiqamətlər Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanıdır.
Bildirilib ki, bu ölkələrdə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən təsdiqlənmiş xüsusi təhlükəsizlik protokolları tətbiq edilib.
Bu protokollar turistlərə beynəlxalq gigiyena və sağlamlıq standartlarına uyğun bir səyahət yeri seçməyə kömək edəcək.
Xatırlatmaq yerinə düşər ki, mayda mütəxəssislər koronavirus pandemiyası kontekstində səyahət üçün ən populyar ölkələrin adlarını elan etmişdilər. Analitiklər ingilis turistlərin apreldə sifarişlərini nəzərə alaraq belə qənaətə gəliblər ki, ən populyar istiqamət İspaniya olaraq qalır. Baxmayaraq ki, bu ölkə bütün Avropa ölkələri arasında koronavirusdan daha çox ziyan çəkib.
