Koronavirusdan ən çox zərər çəkən ölkələr arasında yer alan Braziliyada insanları evdə qalmağa təşviq etmək etmək üçün Burger King yeni kampaniyaya imza atıb. Marka yeni kampaniyasında evdə keçirilən vaxtı pulsuz vopperə çevirir.


Facemark.az xəbər verir ki, DAVID Miami və DAVID São Paulo imzası daşıyan Lockdown Whopper kampaniyasında Burger King mobil əlavəsinə sahib olanlar evdə çox vaxt keçirirlərsə, qazancları da o qədər artır. Qəlyanaltı ilə başlayan pulsuz ləzzətlər vaxt ilə bağlı olaraq meyuya çevrilir.



Burger King Braziliyanın Kommunikasiya və İnnovasiya üzrə Direktoru Thais Nicolau deyib ki, sosial məsafə prioritet olsa da, insanların gündəlik həyatlarında faydalı şəkildə rol oynamaq istəyiblər: “İnnovativ kampaniyaları Lockdown Whopper vasitəsilə, insanları mükafatlandırma yolu ilə evdə qalmağa təşviq etdik".


DAVID São Paulo Teknologiya və İnnovasiya üzrə rəhbəri Toni Ferreira da karantini oyunlaşdırdıqlarını və evdə qalma vaxtlarını qazanca çevirdikərini deyir.


- Reklamverən: Burger King


- Reklam Agentliyi: DAVID Miami & DAVID São Paulo