Sosial şəbəkə Twitter tvitlərə reaksiyanın yeni yolunu sınaqdan keçirir. Yeni funksiya tvitlərə reaksiyanı laykın əvəzinə emojidən istifadə etməYi təklif edir.
Facemark.az xəbər verir ki, bu haqda The Verge nəşri tətbiq araşdırmaçısı Ceyn Mançun Vonqa istinadən yazır.
Vonq laykIn yerinə tvitlərə reaksiyanın emoji ilə formasını göstərən ekran görüntüsü paylaşıb. Məsələn, gülüşdən ağlayan, şok olan emojilər onların arasında yer alıb. Həmçinin sosial şəbəkədə Fleet ilə reaksiya da çıxıb. Bunu Instagram-dakı Stories-in analoqu hesab etmək olar. Bu funksiya isə bütün dünyada deyil, sadəcə bəzi ölkələrdə əlçatandır. Retvit və ya şərh ilə retvit isə saxlanılıb.
Social Media Today nəşri isə yazır ki, bu sosial şəbəkənin laykın yerinə emoji cəhdi ilk deyil. Belə ki, Twitter hələ 20115-ci ildə Facebook ilə paralel şəkildə bu ideyanı inkişaf etdirirdi.
Bildirək ki, daha əvvəl adıçəkilən sosial şəbəkə tvitlərə cavabları məhdudlaşdıran funksiya üzərində düşünürdü. Yeni funksiya istifadəçilərə onun tvitinə kimin cavab verəcəyini məhdudlaşdıra bilərdi. Qalanları isə sadəcə postu oxuya, layk edə, retvit edə bilərdilər. Nəşrdən isə deyirlər ki, tvitlərə cavabların məhdudluğu səbəbindən yeni funksiya indi daha da aktuallaşıb. Belə ki, əgər istifadəçi müəllifə cavab verə bilmirsə, layk atmaq yerinə emojidən istifadə edə biləcək.
Xatırladaq ki, Facebook 2016-cı ildən laykın əvəzinə emojilərdən də istifadə edir. 2020-ci ildə isə platformaya COVID-19 pandemiyasının güclənməsi və krizdən dolayı “yanındayam” emojisi əlavə edilmişdi.
