Fortune US, “Fortune 500” siyahısında olan şirkətlərin CEO-larına “Epidemiyadan əvvəlki vəziyyətə nə zaman qayıdarıq” tipli suallar ünvanlayıb.


Fortune US, şirkətlərin xalis gəlirlərini nəzərə alır və hər il ABŞ-da ən çox qazanan 500 qurumun adını reytinqə salır. “Fortune 500” reytinqinin 2020-ci il versiyasında isə şirkətlərin CEO-larına epidemiyada aldıqları tədbirlər və epidemiyadan sonrakı proqnozları haqqında suallar veriblər.


Bu çərçivədə hazırlanan hesabatdan vacib proqnoz və rəyləri Sizin üçün bir araya gətirdik.


İqtisadi aktivlik pandemiyadan öncəki vəziyyətə nə zaman qayıdacaq? CEO-ların 52,4%-i 2022-ci ilin ilk dörd ayında, 25%-i 2023-cü ilin dörd ayında,14,3%-i 2021-ci ilin dörd ayında olacaq deyib. CEO-ların 8,3%-i isə bu üç qrupa qatılmayaraq “digər” cavabını verib.


Artıq iş yerlərinə qayıtmayacaqlarını deyən CEO-ların nisbəti isə 8,3%-dir. İşçi qüvvənizin 90%-i nə zaman geri qayıdacaq sualına isə 9,5%-i 2020-ci ilin iyununda, 17,9%-i 2020-ci ilin sentyabrında, 20,2%-i 2021-ci ilin yanvarında, 17,9%-i 2021-ci ilin iyununda, 8,3%-i 2022-ci ilin yanvarında, 8,3%-i əsla cavabını verib. CEO-lardan soruşduq bəs 2020-ci ilin yanvar ayındakı işçi qüvvəsi həcmini 2020-ci ilin yanvarı ilə müqayisə etdikdə hansı mənzərə yaranar? Fortune 500 CEO-larının 3,6%-i qlobal iqtisadiyyatı da nəzərə alaraq, gözlənilməyən cavab hesab ediləcək “çox daha böyük” deyib. 10,6%-i bir az daha böyük olacağını, 13,1%-i eyni qalacağını, 53,6%-i isə bir az daha aşağı olacağını, 19%-i isə əhəmiyyətli dərəcədə kiçilməyə gedəcəklərini bildirib.


Dijital transformasiyanın sürəti artacaq


CEO-ların şirkətlərdəki dijitallaşmanın və dijital transformasiyanın sürəti haqqında da fikir bildirib. 6%-i epidemiyanın dijital transformasiyanın sürətini azaldacağını,19%-i isə gözəçarpan təsirinin olmayacağını,75%-i isə sürətin ciddi sürətdə artacağını deyib.


Fortune 500 CEO-ları qarşıdakı illərdə investisiya ediləcək ən yaxşı ölkələrin adlarını da elan edib. 74,3%-i deyib ki, ABŞ ən yaxşı investisiya ölkəsi olacaq. ABŞ-dan sonra isə (Çin istisna olmaqla) Asiya, Çin, Avropa, Hindistan müvafiq olaraq 11,5%, 9%, 2,6%, 2,6% olub.


Anket zamanı CEO-lara belə açıq bir sual da veriblər, “Bu böhranın sizə öyrətdiyi ən vacib şey nədir”?


“Bir qurum ehtiyacı olduğu dəyişikliyi ləngidə bilməz, evdən çalışmaq işə yarayır!, “liderlik və dəyərlər hər zaman vacibdir, amma böhranda daha da əhəmiyyət qazanır”, cavablarını veriblər.