Qida nəhəngi yeni media partnyor axtarır. Kraft Heinz-in qlobal mediahesabı üzrə dörd agentlik mübarizə aparır.
Facemark.az-ın məlumatına görə, Campaign nəşrinin yazdığına görə, şort-listə cari partnyor Starcom (Publicis Groupe), Carat (Dentsu Aegis Network), PHD (Omnicom Media Group) və MediaCom (WPP) daxil olub. Yeni media partnyor ilə bağlı axtarışlar koronavirus ilə bağlı məhdudiyyətlərə baxmayaraq hələ martdan başlamışdı.
Starcom Worldwide ilə olan müqavilənin vaxtı bu il başa çatır. Elə buna görə də, kompaniya satınalmaların və özünün mediaplanlanması ilə bağlı effektivliyi artırmaq üçün yeni axtarışlara başlayıb.
Ötən il şirkətin media xərcləri 1,1 milyard dollar olub, onun 534 milyon dolları reklama, qalanı şopper-marketinqə, sponsorluqlara, dizayn, PR, agentlik ödənişlərinə xərclənib.
Qeyd edək ki, daha əvvəl korporasiyanın başçısı Miqel Patrisio deyirdi ki, 2020-ci ildə şirkət partnyorların sayını 2 dəfə azaltmağı, marketinq büdcəsi çərçivəsində vasitələri yenidən bölüb, 30%-ni medianın inkişafına xərcləməyi düşünür. Belə görünür ki, şirkət ümumi xərclərin də ixtisarına fokuslanıb.
Xatırlayırsınızsa, daha öncə yazdığımız xəbərdə elan etmişdik ki, Heinz özünün bütün məhsul xəttini birləşdirən vahid master-brend təqdim etdi.