Boston Consulting Group (BCG), 2005-ci ildən bəri ən yenilikçi 50 şirkəti müəyyən etmək üçün qlobal innovasiya idarəçilərini araşdırır.
Facemark.az-ın məlumatına görə, BCG “Ən Yenilikçi 2020”də uzunmüddətli dövrdə ən yaxşı performans nümayiş etdirən şirkətlərin alarını elan edib.
Araşdırmada ilk 50 sıraya dünyanın qabaqcıl şirkətləri dail olub. Siyahıda texnologiya və avtomobil sektorunda fəaliyyət göstərən şirkətlərin çoxluğu da diqqət çəkib.
Ən Yeniliçi şirkətlər 2020-ci il siyahısı elan edildi
Ən Yenilikçi şirkətlər siyahısında ilk sırada Apple, ikinci sırada Amazon, üçdə isə Alphabet (Google-un ana şirkəti) daxil olub. Apple ötən il üçüncü, Alphabet birinci, Amazon isə ikinci idi. Siyahının davamına baxdığımız zaman dördüncü olan Microsoft və beşinci Samsung-un yerini qoruduğu görünür. Altıncı olmağı bacaran Huawei isə ötən illə müqayisədə 42 pillə irəliləyib. Bu isə reytinqin ən sürətli yüksəlişi hesab edilir. Reytinqdə ən çox itirən isə 29 pillə geriləyərək 50-ci sırada qərarlaşan fast-food restoranları şəbəkəsi McDonald’s olub.
