Türkiyənin ən böyük şirkətlərini müəyyən edən Fortune 500 Türkiyə araşdırmasının nəticələri açıqlanıb.


Şirkətlərin 2019-cu ildə xalis mənfəəti bir öncəki illə müqayisədə 44,5% artaraq 78,1 milyard TL olub. Xalis satış gəlirləri isə 14,9% artımla 1,8 trilyon TL-yə yüksəlib. 2019-cu il məlumatlarına görə, yeni siyahıya görə, Türkiye Petrol Rafinerileri (TÜPRAŞ) birinci olub.


Facemark.az-ın məlumatına görə, TÜPRAŞ-ın, Fortune 500-də yer alan şirkətlərin toplam xalis satış gəlirlərindən aldığı pay isə təxminən 5% olub.


87,9 milyard TL xalis satış gəliri ilə siyahının ikincisi Enerji Piyasaları İşletme olub. 75 milyard 118 milyon lirə xalis satış gəliri ilə üçüncü sırada Türk Hava Yolları yerini alıb.


Petrol Ofisi-nin 53 milyard 663 milyon lirə xalis satış gəliri ilə dördüncü sırada yer aldığı Fortune 500 Türkiyə siyahısında, Opet, 46 milyard 381 milyon lirə xalis satış gəliri ilə beşinci olub.


BİM-in Türkiyənin dörd bir yanında 40 000-dən çox işçisi və 8 640 mağazası fəaliyyətdədir. Reytinqin 6-cısı olan şirkət ötən il xalis satışlarını 24,4% artıraraq 40,2 milyard TL-yə yüksəltməyi bacarmışdı.


Ford Otomotiv 39,2 TL xalis satış gəliri ilə Fortune 500 Türkiyə reytinqində 7-ci olub. Ahlatçı Kuyumculuk siyahıya 34,7 milyard TL xalis satış gəliri ilə 8-ci olub. Arçelik, 31,9 milyard TL ilə 9-cu sırada, RC Rönesans İnşaat isə 28,7 milyard TL xalis satış gəliri ilə 10-cu sırada qərarlaşıb.


Xatırlatmaq yerinə düşər ki, 527,6 milyard TL satış gəlirinə sahib olan Fortune 500-ün ilk 10-ğunda, əsasən neft və enerji sektorunda fəaliyyət göstərən şirkətlər yer alıb.


Fortune 500-ə görə Türkiyənin ən böyük ilk 10 şirkət belədir:

  1. TÜPRAŞ
  2. Enerji Piyasaları İşletme
  3. Türk Hava Yolları
  4. Petrol Ofisi
  5. Opet
  6. BİM
  7. Ford Otomotiv
  8. Ahlatçı Kuyumculuk
  9. Arçelik
  10. RC Rönesans İnşaat