YouTube video xidməti yeni funksiyanı test edir. Söhbət mobil əlavədə 15 saniyəyə qədər davam edən video çəkilişdən gedir.


Facemark.az-ın məlumatına görə, bu haqda Google-un saytında deyilib.


Videolar Instagram-da Stories-də olan çəkiliş prinsipinə oxşayır. Qısa video çəkiliş etmək üçün qeyd olunan düyməni sıxıb saxlamaq lazım olacaq.


9to5Mac nəşrinin isə yazdığına görə, belə videolar kanallarda yayılanacaq, qısa videoların yayımı üçün ayrıca bölüm yaradılmayıb. İstifadəçilər yenə də galleriyadan uzun videolar yükləyə biləcəklər. Yeni formatı, həm Android, həm də iOS üçün test edirlər.


İstehsalçılar deyib ki, yeni xidməti test etmək üçün bəzi istifadəçilərə xidmət əlçatan olub.


Qeyd edək ki, apreldə deyilirdi ki, YouTube qısa videoların əlavə edilməsini – Shorts planlaşdırır. Bu isə TikTok-un artan populyarlığı ilə bağlı idi. Kompaniyadan isə güman edirlər ki, yeni funksiya şirkətə yeni istifadəçiləri cəlb etmək və daha gənc auditoriyaya çıxış imkanı verəcək.