Mesajlaşma xidməti WhatsApp, yeni funksiyaları ilə platformanı yeniləməyə davam edir. Dünyanın ən çox istifadə edilən xidməti Türkiyədəki rəsmi bloq saytında yaxın günlərdə əlçatan olacaq yeni funksiyaları elan edib. Bu dövrdə mesajlaşma xidmətlərinə maraq artıb və Facebook şirkətinin daxilində fəaliyyət göstərən WhatsApp, yaxın dövrlər üçün yeniliklər gətirir.
QR kod ilə yeni kontakt əlavə etmək
WhatsApp-ın yeni funksiyası ilə platformaya yeni şəxslərin əlavə edilməsi daha asan hala gəlir. Artıq siyahınıza yeni nəfəri əlavə etmək üçün QR kodunuzu skan etməyiniz kifayət edəcək. Yəni, telefon nömrələrini tək-tək daxil olmağınız lazım olmayacaq.
Hərəkətli stikerlər
Mesajlaşma əlavələrindəki stikerlər istifadəçilərin özlərini daha əyləncəli ifadə etmələrinin bir yoludur. Kommunikasiyaya keçməyin populyarlaşan yollarından biri olan stikerlər milyardlarla insan tərəfindən istifadə edilir. Yaxın zamanda WhatsApp da stiker paketini istifadəyə verəcəyini elan etdi.
Qaranlıq mod masaüstündə
Qaranlıq mod funksiyasını mobil interfeysdə istifadəyə verən WhatsApp, yeniliyi masaüstünə də daşıyıb. Yeni funksiya kompüterlərdə də istifadəyə veriləcək. Mesajlaşmanı daha da asanlaşdıran qaranlıq interfeys, göz yorğunluğunu da minimuma endirir.
Görüntülü qrup zəng funksiyaları
Görüntülü zəng bazarından daha böyük pay almaq istəyən WhatsApp, video görüşləri üçün görüntülü zənglərdəki şəxs sayını 4-dən 8-ə qədər yüksəldib. Platforma, səkkiz nəfərin eyni anda qatıldığı görüntülü zənglərdə istədiyiniz şəxsə daha asan fokuslanmağınıza da kömək olur. Yeni funksiya ilə qrup zəngdə olan istənilən şəxsin videosunu bütöv ekran böyütmək mümkün olacaq. Həmçinin 8 nəfərin qatıldığı qrup söhbətlərinə video işarəsi əlavə edildi. Beləliklə, tək toxunuş ilə asanlıqla görüntülü qrup zəngi etmək mümkün olacaq.
Stories funksiyasını KaiOS-da (əməliyyat sistemi) istifadə edilə biləcək
WhatsApp-a gələcək bir başa funksiya isə 24 saatdan sonra itən paylaşımlar etməyinizə icazə verən bu populyar funksiyanın KaiOS istifadəçilərinin də faydalana bilməsidir.