Unilever Qlobal Marketinq Direktoru Aline Santos The Drum-a etdiyi açıqlamada ekosistemi yaxşılaşdırmaq istəyən markaların Facebook və digər sosial media platformalarını boykot etməyin əvəzinə birlikdə çalışmağının faydasını vurğulayıb.


Unilever 26 İyunda ABŞ-da Facebook, Instagram və Twitter-də reklam xərclərini il sonuna qədər dayandıracağını elan edib. Bu dövr eyni zamanda yaxınlaşan prezident seçikiləri ilə də üst-üstə düşür.


190 ölkədə fəaliyyət göstərən Unilever, beynəlxalq sahədə sosial media platformalarına investisiya edəcəyini, ancaq bu məsələnin sadəcə ABŞ-da qaranlıq qalacağını elan edib.


“Stop Hate for Profit” kampaniyası ilə bərabər İyunda Facebook-u boykot edən 160-dan çox markanın olmasına rəğmən Unilever bu qərarlarının boykotun bir parçası olmadığını deyib”.



Facebook-u inkişaf etdirmək üçün boykota deyil, birgə əməkdaşlığa ehtiyacımız var


Santos deyib ki, ABŞ-da yaxınlaşan prezident seçikiləri ilə sosial medianın xəbər mənbələrində qütbləşmə və müzakirələr artacaq. Belə müzakirələr markalarına zərər verəcək. Santos bu qütbləşmədə rol almaq istəmədiklərini isə “Markalarımızın sosial mediada, xəbərlərdən sonra yaranan gərgin mühitdə olmaq və qütbləşmənin bir parçası olmaq istəmədikləri ilə izah edib.


Santos boykot ilə bağlı isə deyib ki, “Facebook-u inkişaf etdirmək üçün boykota deyil, əməkdaşlığa ehtiyacımız var”.


Ön cəbhədə olmalıyıq


Marketinq direktoru deyib ki, bu gün insanlar markalardan şəffaf olmağı və cəmiyyətin problemlərinə qeydsiz qalmamağı gözləyir: “Biz bunun fərqindəyik. Unilever-in dünya üzərində müsbət təsirinin olacağına inanırıq. Bu mübarizədə isə ön cəbhədə olmalıyıq”.