Dünyanın populyar mesajlaşma xidməti Whatsapp yeni funksiyalar ilə platformasını yeniləməyə davam edir. 50 milyondan çox istifadəçisi olan Whatsapp Business üçün yeni funksiyalar əlavə edilib.


Hərəkətli stikerlər




Mesajlaşma əlavələrindəki stikerlər istifadəçilərin özlərini daha əyləncəli ifadə etmələrinin yollarından biridir. Kommunikasiyanın popular yollarından biri olan stikerlər milyardlarla istifadəçi istifadə edir. WhatsApp Business istifadəçilərə özəl yeni stikerlər əlavə edib.


Bu stikerlər WhatsApp istifadə edən biznes subyektləri üçün faydalı olacaq.


QR kod inteqrasiyası və kataloq paylaşım funksiyası əlçatandır


WhatsApp Business-ə stikerlər ilə yanaşı, gələn funksiyalardan biri də QR kodlar üçün olub. WhatsApp, yeni funksiya ilə əlavəyə yeni şəxsləri dəvət etməyi daha da asanlaşdırır. Artıq siyahınıza yeni nəfəri əlavə etmək üçün QR kodunu skan etməyiniz kifayət edəcək. Yəni, telefon nömrələrini tək-tək daxil olmağınız lazım olmayacaq.


WhatsApp-a QR kod yaratmaq olduqca asandır. WhatsApp menyusundan “Business Tools” seçiminə klik etdikdən sonra, açılan pəncərədə “Short link” seçimi çıxır. “View QR kod” deyən zaman isə hazırda yaradılmış QR kodu görünür. İstifadəçi bu QR kodu, istəyirsə fiziki mağazaların qapısına, evə çatdırılma məhsullarının paketlərinin üzərinə və ya qəbzlərə yerləşdirə bilər.


“Share code” qismindən isə bu kodu istədiyi şəxslər ilə paylaşa bilir. WhatsApp Business istifadəçisi olan biznes kataloqunu WhatsAppdan müştərisinə yeni bir link yaradaraq paylaşa bilir. WhatsApp Business-in bu yeni funksiyaları hazırda pulsuzdur.