Google, ötən il beta versiyasını elan etdiyi 3D reklam formatı Swirl-ün dünya mqiyasında istifadəyə verdiyini açıqladı.
Facemark.az xəbər verir ki, Swirl reklamlarında pote
nsial müştəri, mobil cihazda qarşısına gələn reklamdakı məhsula yaxınlaşdırıb, uzaqlaşdıraraq baxa bilir, ya da məhsulu çevirərək araşdıra bilir.
Google blog paylaşımlarına görə, kampaniyalarında Swirl reklamlarının istifadə edilməsi markalara vacib uğurlar gətirir.
Google tərəfindən paylaşılan, adidas, Belvedere Vodka, Nissan və Purina tərəfindən istifadə edilən Swirl reklam nümunələri isə belədir.
Yeni reklam formatı Swirl-ü istifadə etmək istəyən markalar, hazırladıqları 3D kontenti Google Web Designer-ə yükləyə bilər və yeni Swirl şablonlarını yarada bilər. Kreativlərin hazırlanması və yayımlanması üçün Google-un 3D platforması Poly-dən istifadə etmək olar.