Amazon-un işçiləri rəhbərlikdən təhlükəsizlikdən dolayı TikTok əlavəsini iş poçtlarına çıxışı olan bütün elektron cihazlarından çıxartmalarını xahiş edən məktub alıb.
Facemark.az xəbər verir ki, Reuters nəşrinin yazdığına görə, ancaq bir neçə saat keçəndən sonra, kompaniya açıqlamasında məktubu səhvən işçilərə göndərdiyini deyib.
Amazon ölkə rəhbərliyinin tətbiqin ABŞ-da bloklanmasının mümkünlüyü ilə bağlı olaraq əməkdaşlarına xəbərdarlıq edib.
Daha əvvəl ABŞ-ın səlahiyyətli şəxsləri TikTok-un istifadəçi məlumatlarının toplanması təcrübəsi ilə tanış olmuşdu. Çünki tətbiq Çini ByteDance şirkətinə məxsus idi.
Ekspertlərin fikrincə, TikTok Amerika sosial şəbəkələrinin onlara icazə verdiklərindən başqa bir şey etmir. Amma Dövlət Departamenti isə ölkə vətəndaşlarına adıçəkilən əlavədən istifadə edən zaman ehtiyatlı olmağı, yoxsa məlumatlarının Çinin Kommunist Partiyasının əlinə keçəcəyini xəbərdarlıq edir.
Amazon-un mətbuat xidmətindən isə deyirdilər ki, qadağa ilə bağlı məsələ ByteDance şirkəti və Amazon arasında yaranan suallara cavab tapdıqdan sonra aradan qaldırılmışdı.
Xatırladaq ki, Hindistan hökuməti TikTok-u ölkəsində qadağan edib, səbəb kimi isə ölkəsinin suverenliyinin və təhlükəsizliyinin qorunması ilə izah edib.