Oxford Universitetinin Saïd Business School analitikləri markaların Facebook reklamlarından imtina etməsi fonunda yaşana biləcək neqativ təsirləri araşdırıb.


Facebook sahibinin uğursuz strategiyasına, əsasən bir çox qlobal marka facebook reklamlarını boykot ediblər. Tədqiqatlar göstərir ki, avtomobil istehsalçıları facebook reklamlarını boykot etməklə, marka imicini riskə atırlar. Belə bir qərarın nəticəsində onların “brand saliency” 6% aşağı düşə bilər.


Bundan başqa, sosial şəbəkələrin olmaması vəziyyətində istehlakçıların alış həvəsinin 13% azalacağı gözlənilir. Marketinq mütəxəssisi Ceyson Bell, Facebook-dakı reklamı yeməkdəki duza bənzədib. Onun fikrincə, necə ki, duz digər maddələrin dadını artırdığı kimi, sosial şəbəkələr də mediamiksin digər elementlərinin effektivliyini artırır.


Araşdırmalara, əsasən Televiziya və ya YouTube-da reklamlar istifadəçiləri alışa təşviq etmək üçün uyğun vaxt müəyyən etməkdə çətinlik çəkə bilər. Lakin, Facebook və ya Instaqramdakı reklam daha effektiv hesab olunur. Müştəridə məhsula/xidmətə yenidən maraq oyandıra bilər. Təqdiqata, əsasən hazırda istehlakçının işini asanlaşdıracaq ən yaxşı reklam vasitəsi bu olduğunun qənaətindədirlər. Marketoloqlar təqribən 250 markanın qoşulduğu boykotun fəsadlar barədə öncədən xəbərdarlıq ediblər.


Kantar-dan müxtəlif kateqoriyalı kampaniyaların geniş bir məlumat bazasından istifadə edərək, müəyyən bir media kanalı (Facebook, TV, radio, mətbuat) üçün reklamın effektivliyinə və platformalar arasındakı qarşılıqlı təsirin qiymətləndiriblər.


Statistik model onlara Facebook büdcələrinin “sıfırlanması” və hazırkı vəziyyətlə davam etdiyi halda bu pulun digər kanallar arasında yenidən bölüşdürülməsi ilə bağlı vəziyyəti proqnoz ediblər.


Ümumdünya Reklamçılar Federasiyasının (WFA) apardığı bir araşdırmaya görə, Stop Hate for Profit kampaniyası fonunda markaların 5%-i artıq sosial şəbəkələrdə tanıtım etməkdən imtina edib və 26% -i isə bu istiqaməti almağa başlayıb.