World Emoji Day (Dünya Emoji Günü) hər il 17 İyulda qeyd edilir.


Apple 2014-cü ildən bu yana qeyd edilən bu özəl günün şərəfinə iPhone, iPad və Mac’lərə gələcək emojilərin ilkin görünüşünü paylaşıb.



Facemark.az-ın məlumatına görə, yeni emojilərin ilin ikinci yarısında iOS 14.1 və ya iOS 14.2 versiyalarında paylaşılması gözlənilir.



Yeni emoji dizaynları arasında fərqli üz ifadələri və saç çeşidləri də var. Onlar yanvarda açıqlanan Unicode Konsorsiumu tərəfindən təsdiq edilən emojilərə əsaslanaraq hazırlanıb.