Dünyada 190-dan çox ölkədə 167 milyon pullu istifadəçinin fərqli növlərdə və dillərdə film, sənədli film, sinema filmləri təklif edən Netflix-in Türkiyə bazarından gedəcəyi ilə bağlı iddialar şüübhəsiz ki, bir müddətdir ki, gündəmi ən çox məşğul edənlər xəbərlər arasındadır.
Facemark.az-ın məlumatına görə, sosial mediada gündəmdən düşməyən mövzu Netflix tərəfindən atılmış göstərilən bir tvit ilə alovlandı. Mesajda, Netflix-dən göndərilmiş kimi Türkiyədən çəkiləcəyinə dair saxta bir paylaşım edildi.
Paylaşım mətnini aşağıda əlavə edirik:
AK Parti-dən Netflix açıqlaması
AK Parti rəhbərliyi maraq doğurun Netflix açıqlaması üçün paylaşım edib. Partiyanın rəsmilərindən Mahir Ünal açıqlamasında deyib ki, “Netflix Türkiyə nə siyasi müstəvidə AK Parti Tanıtım və Media Rəhbərliyi ilə görüşdü, nə dəki rəsmi olaraq Kommunikasiya Rəhbərliyi ilə görüşdü. Bunu nəzərə alaraq niyə Türkiyədən getməyi düşünsünlər ki...
Netflix, məsələ ilə bağlı cavabı da gecikmədi, açıqlamada deyirdilər ki:
“Belə bir vəziyyət yoxdur. Netflix olaraq Türkiyədəki abunəçilərimiz və kreativ camia ilə dərindən əlaqəmizi davam etdiririk. Birlikdə əməkdaşlıq etdiyimiz bir-birindən istedadlı şəxlərlə qürur duyuruq. Hazırda istehsal mərhələsində olan və yaxında çəkilişlərinə başlayacağımız layihələr üçün çox həyəcanlıyıq. Bu hekayələri dünyanın hər bucağındakı abunəçilərimiz ilə paylaşmağı dörd gözlə gözləyirik”.

