Məsafəli çalışma iş saatlarının vaxtını uzadıb, amma görüşlərin sayını isə azaldıb. Microsoft şirkəti yeni reallığı analiz edib.


Ofis dəhlizlərində, mətbəxdə qəhvə hazırlayan zaman işçilərin işdəki vəziyyəti müzakirə edə bilməməsi, onlara məsafəli çalışma sistemində 10% daha çox vaxt sərf etməsinə səbəb olub. Ancaq bu yeni reallığın bir müsbət tərəfi var idi ki, görüşlərin davam etmə saatı daha aza endirilmişdi.


Facemark.az-ın məlumatına görə, araşdırmanı öz təcrübələrinə dayanaraq 350 nəfərdən ibarət olan Microsoft Workplace komandası araşdırıb.


Tədqiqata görə, bir saatdan çox davam edən görüşlərin sayı 11% azalma nümayiş etdirib. Eyni zamanda, şikətlərin işçiləri 30 dəqiqə davam edən iclaslara fokuslanıblar. Ancaq 30 dəqiqədən də az davam edən görüşlərin sayı isə 22%-lik artım nümayiş etdirib.


Beləliklə, məsafəli çalışma görüşlərin təxirə salınması tendensiyasını qıra bilib. Ancaq digər araşdırmalarda da göstərildiyi kimi, məsafəli çalışma işçilərin məhsuldarlığına və rifahına mənfi təsir göstərir. Belə çalışma sistemində işlərin iş saatlarında da artım qeydə alınıb. Bu hal, xüsusilə menecerlər arasında daha çox nəzərə çarpır. Məsələn, rəhbər vəzifələrdə olanlar özlərinin komandası ilə 8 saatdan da çox kommunikasiyada olmaq məcburiyyətində qalıblar. Onlar mart ayından başlayaraq, komandanı birləşdirmək, dağılmış və səssiz rejimdə çalışan işlərini bir arada tutmaq üçün 115% daha çox mesaj göndərməli olublar. Bununla yanaşı, tez-tez görüşlər təşkil edən menecerlər isə daha az işləyiblər. Microsoft isə bu halı onunla izah edir ki, onlar çalışırdılar ki, komanda arasında günün prioritetlərini müəyyən etsinlər, komandada yaranan mənfi situasiyanı anında yox etsinlər.


Eyni zamanda, müşahidələr göstərirdi ki, komanda görüşləri saat 8-11 AM-dən, nahardan sonraya 15-18 PM-ə keçirməyə daha çox üstünlük veriblər. Eyni zamanda, məsafəli çalışma iş və şəxsi həyat anlayışları arasındakı sərhədi də götürüb. Belə ki, axşam saat 6-dan sonra gələn mesajların sayında 52%-lik artım qeydə alınıb. Əgər pandemiyaya qədər nahar fasiləsində mesajların sayı 25% azalmışdısa, pandemiyadan sonra isə azalma cəmi 10% olub. Yəni, nahar fasiləsində belə işçilər mesaj almağa davam ediblər. Bundan başqa, məsafəli rejimə keçdikdən sonra hər 10-cu işçi həftə sonları da işləməli olublar və bu isə təxminən 10 dəqiqə davam edib. Ay ərzində həftə sonları isə iş yerində 3 dəfə daha çox vaxt keçiriblər.