Populyar video kommunikasiya platforması olan Zoom, qısa müddət öncə 30 Aprel 2020-də sona çatan 2020 maliyyə ili birinci rüb dəyərləndirməsini paylaşıb. Qeyd edilən dövrdə ümumi gəlirini 169% artıraraq 328,2 milyon dollara çatdıran şirkət 10-dan çox çalışana sahib müştəri sayını ötən ilin eyni dövrünə görə 354% artırdı.


Facemark.az-ın məlumatına görə, COVID-19 epidemiyası ilə dünyanın dörd bir yanında çox sayda insanın evdə qalması, təhsil, iş həyatının evdən davam etdirilməsi Zoom-un iclasa qatılanların sayında da vacib dəyişiklik yaradıb.


2019-cu ilin Dekabrında gündəlik ortalama 10 milyon iclas iştirakçısı olan Zoom, Aprel 2020-də 300 milyon gündəlik iclas iştirakçısına çatıb. Aprel 2020-dəki istifadə nisbətləri nəzərə aldıqda platformanın ümumi iclas müddəti illik 2 trilyon dəqiqəni keçib.


Zoom-a pulsuz qeydiyyatdan keçənlərin nisbəti 139 qat artıb


Bugünə qədər ölkə miqyasında məlumatlarını açıqlamayan Zoom, Yanvar-Aprel 2020-ci il arasında Türkiyə bazarındakı dəyişikliyi də paylaşıb. Buna görə, pulsuz istifadəçi sayı Aprel 2020-də Yanvara görə 139 qat artdı. Açıqlamada 10 və daha çox işçiyə sahib pullu Zoom müştəriləinin sayının isə 10 qat artdığı da deyildi.


Zoom-a əlavə edilən yeni funksiyalar


1 Aprel-də 90 günlük təhlükəsizlik və gizlilik proqramını açıqlaya şirkət, bu dövrdə istifadəçilərinə 100-dən çox funksiya təklif edib. Qısa bir müddət öncə, təhlükəsiz mesajlaşma və fayl paylaşıma xidməti Keybase-ı alan Zoom, uçdan uca şirfrələnmə məsələsindəki işlərinə də davam edir.