Dünyanın ən məşhur reklam agentliklərindən biri olan DDB Worldwide-da qlobal CEO vəzifəsini icra edəcək şəxs məlum olub.
Facemark.az-ın məlumatına görə, Wendy Clark-ın apreldə vəzifəsindən getməyindən sonra DDB Worldwide Global CEO-su vəzifəsini icra edəcək şəxsin adı elan edilib.
Marty O’Halloran, Omnicom-a daxil olan DDB Worldwide-da qlobal CEO vəzifəsini icra edəcək.
Marty O’Halloran sektorda 34 ili geridə qoyub. Müştəri direktoru olaraq qatıldığı DDB Worldwide daxilində son 15 ildə DDB Avstraliya və Yeni Zelandiya CEO və Rəhbəri olub.
DDB Worldwide-da CEO vəzifəsini DDB Rəhbəri Chuck Brymer müvəqqəti olaraq realizə edirdi.