Buna pandemiya və ABŞ-dakı kütləvi etirazlar təsir edib.


Twitter-in 2020-ci ilin ikinci rübündə reklamdan gəliri ötən ilin anoloji dövrü ilə müqayisədə 23% azalıb.


Facemark.az xəbər verir ki, yayımlanan hesabatda göstərilib ki, bu göstərici 562 milyon dollar təşkil edib.


Daha əvvəl kompaniya elan etmişdi ki, dünyada COVID-19-un əlamətlərinin göründüyü martın son üç həftəsində reklam gəlirləri 27% azalma nümayiş etdirib.


Amma Twitter açıqlamasında deyir ki, “mart və iyunun ortasındakı nəticələr, eləcə də ABŞ-dakı kütləvi etirazlar ilə bağlı olaraq bir çox markanın sosial şəbəkədə reklamı dayandırması istisna olmaqla, ikinci rübdə mart ayı ilə müqayisədə daha mülayim şəkildə özünübərpa baş verib.


Kompaniyadan açıqlayıblar ki, iyunun son üç həftəsində reklam gəlirləri 15% azalma nümayiş etdirib, ancaq etirazlar dayandan sonra bu proses də əvvəlki vəziyyətə qayıdıb.


ABŞ-da sosial platformanın reklamdan gəliri 20% azalıb və 283 milyon dollara çatıb. Geridə qalan ölkələrdə isə bu göstəricilər 20% azalıb və 279 milyon dollara çatıb.


Reklam gəlirlərinin böyük hissəsini isə videoreklamlar təşkil edib. Kompaniya, həmçinin kiçik və orta sahibkarlığın yeni reklam formatları haqqında da düşünəcəyinə söz verib.


Kompaniyanın ümumi gəliri il ərzində 19% azalıb. Bu göstərici 683 milyon dollar səviyyəsində dayanıb. Xüsusilə, ABŞ-da bu göstəricilər 20% azalmaqla 365 milyon dollara, kompaniya üçün ən böyük bazarlardan biri olan Yaponiyada 19% azalmaqla 108 milyon dollara çatıb.


İlin birinci yarısında platformanın xalis zərəri 1,236 milyar dollar olub. Keçən ilin eyni dövründə isə şirkər 1,31 milyard dollarlıq xalis mənfəətini elan etmişdi.


Sosial platforma, eyni zamanda aprel-iyunda aktiv istifadəçilərin sayının artımını qeyd edib.


Bildirilib ki, ikinci rübdə pul qazanan aktiv istifadəçilərin sayı (Monetizable Daily Active Usage) ötən ilin anaoloji dövrü ilə müqayisədə 34% artaraq 186 milyona çatıb.