Rambler Group-a daxil olan, texnologiya haqqında nəşr Ferra.ru SberDevices-in hazırladığı, Elenanın rəqəmsal portreti olan, virtual spikeri işə alıb.


Facemark.az xəbər verir ki, bu haqda Sostav.ru-ya Sberbankdan məlumat veriblər.


Elena neyron şəbəkəsindən istifadə edilərək yaradılıb, nitqində sadəcə mətndən istifadə edərək xəbərləri təqdim edir və tam video təsviri yaradır. Virtual spiker birinci xəbər buraxılışında, özünün saç ustasından, PlayStation-un Yaponiyada satışlarından və smartfonların şarjı üçün yeni texnologiyadan danışıb.


Qeyd edilir ki, Elena 2019-cu ildə Nitq Texnologiyaları Mərkəzinin iştirakı ilə Sberbankın Robot Texnologiya Laboratoriyasında hazırlanıb.


Spikerin nitqində mətndən davamlı bir səs siqnalının yaranmasına imkan verən mürəkkəb neyron şəbəkə modellərindən istifadə olunur. Bu nitqi daha hamar və ifadəli edir. Linqvistik prosessor aparıcıya mətnləri dilin qayda və normalarına uyğun hazırlamağa imkan verir.


Şirkətdən qeyd edirlər ki, Elananın təsviri də və səs yazısı real insanı xatırladır. Rəqəmsal personajın inkişafı və dəstəyindən SberDevices məsuldur.


Rambler Group-dakı işinə qədər Elena, ancaq Sberbank-da daxili korporativ kommunikasiyada istifadə edilib.


Qeyd edək ki, daha əvvəlki xəbərimizdə elan etmişdik ki, Mail.ru Group özünün virtual spikerini hazırlayır.


Müəllif çarx musiqi, başlıq, foto və ssılka əlavə edə bilər. Holdinqdən isə gözləyirlər ki, yeni xidmət media bazarında bir çox oyunçu faydalana biləcək. O, nəhəng media orqanları kimi, bloggerlər üçün də faydalı ola bilər.


Redaktorumuzun virtual aparıcılar ilə bağlı məqaləsini isə BURADAN oxuya bilərsiniz.