Britaniyanın riteyler şirkəti Carphone Warehouse frilanserlər üçün ən yaxşı şəhərlərin reytinqini tərtib edib.


Facemark.az-ın məlumatına görə, reytinqdə Rusiyadan cəmi bir şəhər iştirak edib, Sankt-Peterburq. O reytinqdə 22-ci yerdə qərarlaşıb.


Reytinqin lideri ABŞ-ın Texas ştatından Ostin olub. TOP5-liyə, həmçinin Çianqmay (Tayland), Berlin (Almaniya), Barselona (İspaniya), Melburn (Avstraliya) daxil olub.


Reytinqin müəllifləri 30 şəhəri on parametr üzrə qiymətləndiriblər. Bura maaşların səviyyəsi, kirayə evlərin qiyməti, internetin sürəti, səhiyyə sisteminin imkanları, asudə vaxtın keçirilməsi yolları və başqa parametrlər olub.


Bu, cədvəldən nəticələri müxtəlif parametrlər üzərindən gözdən keçirə bilərsiniz. Məsələn, Ostin şəhərində ən yüksək maaş müşahidə edilib, 3688 funt-sterlinq. Sonrakı pilləni London 2606 funt-sterlinq və Amsterdam 2463 funt-sterlinq tutub.


Reytinqin müəlliflərinin sözlərinə görə, səhiyyə sistemində ən yüksək göstəriciləri olan şəhərlər Çianqmay, Tuluza (Fransa) və Barselona olub. Ən ucuz mənzillərin tapıldığı şəhərlər isə Laxor (Pakistan) Dakka (Banqladeş), Delhi (Hindistan) olub. Həyat səviyyəsinin keyfiyyətinə görə isə Ostin, Melburn, Amsterdam bütün şəhərləri qabaqlaya bilib.


Müvafiq reytinqə görə, Peterburq şəhərində orta aylıq maaş 462 funt-sterlinqə çatıb. Kirayə evlərin orta qiyməti isə 385 funt-sterlinqdir.


Həyat səviyyəsinin keyfiyyəti isə 108 punkt ilə qiymətləndirilib. Buna görə də, göstəriciləri qabaqlayan tək şəhər Ostin olub, 191. Sonrakı yeri isə 53 punkt ilə Manila şəhəri tutub. Rusiyanın şəhəri isə mümkün olan 100 baldan 80 balı alıb.