Amerika şirkəti Apple-ın rəhbəri Tim Kuk milyarder olub.


Facemark.az-ın məlumatına görə, onun şəxsi sərvətinin həcmi Apple-ın kapitalizasiyasının (bazar dəyəri-red.) artması fonunda milyardı ötüb. Rəhbərlik etdiyi şirkətin səhmlərinin ümumi dəyəri 2 trilyon dolları ötüb.



Bloomberg-in məlumatına görə, Tim Kuk “Alma” şirkətində 0,02%-lik səhmə sahibdir.


Stiv Cobsun ölümü zamanı Apple-ın kapitalizasiyası 350 milyard dollar idi. Keçən 9 il ərzində isə Tim Kuk rəhbərlik etdiyi şirkətin dəyərini rekord səviyyəyə çatdırmağı bacarmışdı.


Tim Kuk şirkətdə səhmi Apple-ın rəhbəri olduqdan sonra alıb. Bu müddət ərzində özünün paketinin əhəmiyyətli hissəsini isə xeyriyyəçiliyə yatırıb.