Loqistika xidmətinin inkişafında əsas rol oynayan texnologiyadır, bu isə sektoru kökündən dəyişəcək.
Süni intellekt prosesləri sürətləndirəcək və effektivliyi artıracaq.
Loqistika ən çox inkişaf elətdirən süni intellektdir. Digər köməkçi və avtonom sistemlər isə növbəti məsələləri həll eləmək üçün kömək edirlər:
- Sifarişlərin avtomatik qəbul olunması və çatdırılma müddətinin təxmin edilməsi;
- Anbarların idarəsinin avtomatlaşdırılması;
- Loqistikanın effektliyinin analizi;
- Nəqliyyatın parking-inin idarə olunması. (TMS)
Dronlar kuryerləri işsiz qoyacaq
Bu gün dronlar, robotlar insanları hər bir sahədə əvəzləyir. Gələcəkdə kuryerlərin də işlərini əllərindən alacaqlar. Artıq BƏƏ-də dronlarla çatdırılma test edilir. Yaxın 5-7 ildə ABŞ-da və Aİ-də də bu sistemlər yoxlanılmağa başlanacaq, daha sonra isə Rusiyada. Havada getməsi, tıxaclarda qalmaması, ağır yük qaldırma qabiliyyəti, avtomatik sistem və xərclərin aşağı olması onları əvəzsiz edir. Artıq 10-15 il sonra biz ağır yükləri uzaq məsafələrə çatdıran dronlar görəcəyik.
Müştəriləri çatdırılma müddəti haqqında məlumatlandıran sistemlər
Çatdırılma müddətinin gec olması və ya qeyri-müəyyənlik müştəriləri ən çox narahat edən məsələlərdəndir. Əvvəllər səhər müştəriyə bu gün məhsulunuz çatdırılacaq deyə mesaj gedirdi, lakin günün hansı hissəsində, saat neçədə çatacağı barədə məlumat verilmirdi.
Sistemin yarı və ya tam avtomatlaşdırılması işin effektivliyini artıracaq. Belə ki, vaxtın dəqiq deyilməsi və gecikmələr barədə məlumat tez veriləcək.
Daha sonra bot-dan istifadə edərək müştərilərin çatdırılma barədə suallarına cavab vermək və əvvəl olan kuryer-müştəri əlaqəsini aradan qaldırmaq olar.
Yükün izlənilməsi
Yükün harada olması barədə məlumat verən sistem artıq Amazon və AliExpress kimi şirkətlərdə var, lakin çox zaman dəqiq işləmir. Əlavə olaraq, məhsulun gətirildiyi yerin temperaturu və bəzi məhsullar üçün rütubətini də göstərmək vacibdir.