Düzgün qaydalar və strategiyalar izlənildiqdə YouTube ilə marketinq edərək uğur əldə etmək və potensial müştəriləri qazanmaq mümkündür.
Rəqəmsal dünyanın illərdir video marketinq fəaliyyətini həyata keçirdiyi ən böyük və ən məşhur video şəbəkəsi olan YouTube; sektordakı agentliklərə və markalara video məzmunlarını hədəf auditoriyaya çatdıra biləcəyi bir platforma olaraq seçilir. “Youtube”un məzmun standartı hər keçən gün daha keyfiyyətli videolarla artır.
Məzmun marketinqinin getdikcə daha artıq strateji təməllərə əsaslandırılmağa başlaması, rəqəmsal dünyanın sürətlə dəyişən təbiəti və artan məzmun sıxlığı kimi səbəblərlə marketoloqlar da artıq video məzmunlarını yayımlamadan əvvəl daha ətraflı düşünür və uğur əldə etmək üçün fərqli yollar axtarırlar.
Səkkiz saniyə qaydası
8 saniyə video açıldıqdan sonra videonun izlənib izlənməyəcəyinə qərar verilən ortalama müddətdir. “YouTube”a 1 dəqiqə ərzində 400 saatdan artıq video yüklənir və “YouTube”da hər gün 5 milyarddan çox videoya baxan təxminən 1 milyard aktiv istifadəçi var. Bu qədər sürətli video istehsalının və istehlakının olduğu bir zamanda YouTube videosunun başlanğıc saniyələrinin vurucu olması izləyiciləri videoda tutmaq üçün çox önəmlidir. Əks təqdirdə, izləyici videonuzu izləməməyi qərara ala bilər.
Videonuzun keyfiyyətini artırın
Videonuzun, həm məzmunun, həm görüntüsünün, həm də səsinin keyfiyyətinin yüksək olması çox önəmlidir. Məzmun maraqlı olsa da şəkil və səs keyfiyyəti aşağı olduqda istifadəçilər bu videolardan məmnun qalmırlar. Bunun əksi də mümkündür, belə ki, video keyfiyyəti yaxşı və məzmun qane etmədiyi halda istifadəçilər videonu tamamilə izləmədən videonu tərk edə bilərlər.
Başlığı və önə çıxacaq şəkilləri doğru seçin
YouTube, “Google”dan sonra dünyanın ən çox istifadə edilən axtarış motorudur. Bu səbəblə də videolarınızın axtarış zamanı önə çıxması və üst sıralarda görünməsi üçün SEO meyarlarına uyğunlaşdırmağa çalışın.
Kameranın bir insan olduğunu düşünün
Məzmununuzu potensial bir müştəriyə tanıdır kimi paylaşmağa başladığınızda izləyicilərlə daha yaxşı qarşılıqlı əlaqə qura bilərsiniz. Bu zaman daha səmimi və daha rahat danışacaqsınız. Kameranızı məzmununuzu çatdırmaq üçün bir vasitə kimi görməyin, qarşınızda bir insan olduğunu xəyal edin, bu sizin videonuza təbiilik və reallıq qatacaqdır.
Videonun müddətini doğru müəyyənləşdirin
Videonuzun müddətini və tempini dəqiq müəyyənləşmək YouTube marketinqi üçün çox önəmlidir. Belə ki, videolarınız uzun olduqda izləyicinin çox az bir qismi videolarınızı sonuna qədər izləyə bilər. Bu meyarları nəzərə alaraq “Youtube”a uzun video atmamağa çalışın və videonun əvvəlindən sonuna qədər reklam edəcəyiniz məhsuldan danışmağınız izləyicinin videonu yarımçıq qoymasına səbəb ola bilər. İzləyicilərin sıxılmaması üçün məhsul reklamını videonun son qisminə qoya bilərsiniz.