Şirkət istifadəçilərin MAC adresini (Mac address-ing.) izləyib və bu da Google-un siyasətinə əksdir.
Facemark.az xəbər verir ki, ByteDance adlı Çin şirkətinə aid olan TikTok, uzun zaman istifadəçilərin məlumatlarını toplayıb.
The Wall Street Journal xəbər verir ki, şirkət 15 ay ərzində məlumatları gizlicə toplayıb.
ByteDance-dən verilən məlumata görə, hazırda şirkət bununla məşğul olmur və MAC adreslər izlənilmir.
Şirkətin təmsilçisi Business Insider-ə açıqlamasında belə deyib – “Biz məxfiliyi və təhlükəsizliyi qorumağa çalışırıq. Təhlükəsizlik məsələlərə görə tez-tez öz proqramımızı yeniləyirik və MAC adreslərini toplamırıq. Biz həmişə istifadəçilərimizə TikTok-un ən son versiyasını yükləmələrini tövsiyə edirik”
Daha öncə ABŞ rəsmiləri ByteDance şirkətinin məlumatları oğurlayaraq Çin tərəfinə ötürdüyünü qeyd edib.
Əlavə olaraq, ABŞ prezidenti Donald Trump yerli şirkətlərin TikTok ilə işləməməsi barədə qərar imzalayıb.