Sosial Media Trend-ləri ilə bağlı yeni bir araşdırma aparılıb. Tədqiqatda TikTok və Reddit-ə həsr edilmiş bölmədən vacib çıxarışları Sizin üçün hazırladıq.


Marketing meneceri Emma Franks düşünür ki, sosial mediada, xüsusilə də reklam sahəsində çeşidlilik olmalıdır. Facebook və LinkedIn-dən asılılığı azaltmaq, ümumi risklərin də azaldılması baxımından yaxşıdır.


Franks qeyd edir ki, Facebook artıq əvvəlki kimi yeganə “alış-veriş mağazası” deyil. Artıq gənc nəsil başqa platformalara yönəlir, məsələn Instagram, TikTok və Snapchat.


Getir və BiTaksi Təsisçisi Nazım Salur da ">MediaCat-a müsahibəsində, yeni sosial media növlərinə ehtiyac var deyirdi.


Wallaroo Media-nın qurucusu Brandon Doyle qeyd edir ki, TikTok-da orqanik çatımlılıq çox güclüdür. Bu hətta Facebook-un ilk günlərindən də daha yaxşıdır. Platformanın reklam bölməsi ilkin mərhələdədir, lakin nəticələri çox əladır.


Social Hospitality-nin prezidenti Debbie Miller hesab edir ki, yaxın zamanlarda TikTok-a Z nəslinin nümayəndələri tərəfindən maraq daha da artacaq.


Əlavə olaraq bunu qeyd edib ki, bu gənc nəsil sosial mediadan daha çox istifadə edir və öz həmyaşıdlarının fikirlərinə güvənirlər.


Brent Csutoras-a görə, məşhur olacaq daha bir platforma da Reddit-dir. Marketinq şirkətlərinin çoxu Reddit-in çətin olduğunu hesab edir, lakin istifadəçilərin sayı günü-gündən artır.


Brent qeyd edir ki, aylıq 430 milyondan çox aktiv istifadəçisi olan və Amerikalıların 32%-nin burada olduğu bir platformanı şirkətlər ciddiyə almalıdılar və öz planlarına əlavə etməlidirlər.


Müəllif: Nicat Hacıyev