Məşhur insayder Con Prosserin paylaşdığı xəbərə, əsasən iPhone 12-nin təqdimatı ənənəvi olaraq payızda-sentyabrda deyil, oktyabrda baş tutacaq.


Bundan başqa, qurğuların bəzi hissəsi ayrı tədbirdə təqdim edilməyəcək, göndərilən press-relizlərin köməyi ilə bunu edəcəklər.


Facemark.az xəbər verir ki, bu haqda The Next Web məşhur insayder Con Prosserə istinadən yazıb.


Prosser deyir ki, Kupertinlərin əsas tədbiri 12 oktyabrdan başlayaraq bir həftəyə qədər davam edəcək. Adətən Apple şirkətinin yeni məhsullarının təqdimatı çərşənbə axşamı baş tutduğundan, bu dəfəki təqdimatın 13 oktyabrda, yəni çərşənbə axşamı olması istisna edilmir.


Mövcud situasiyaya görə, Apple-iventlərinin tezliklə onlayn formata keçirilməsi də istisna edilməyənlər arasındadır. WWDC konfransında olduğu kimi, izləyicilərə əvvəlcədən çəkilmiş video təqdim edəcəklər.


Prosser deyir ki, iPhone 12-nin kiçik modellərinin təqdimatı həmin həftə çərçivəsində olacaq, amma smartfonların onların sahiblərinə göndərilməsi isə bir həftədən çox çəkəcək. O, bildirir ki, buna görə də, alıcılara flaqmanı gözləmək lazım olacaq. Əlavə edir ki, iPhone 12 Pro modelinin öncədən sifarişi noyabrdan öncə baş verməyəcək.


Apple sentyabrda, həmçinin Apple Watch və iPad-ın yeni modellərini təqdim edəcək. Ancaq, şirkət bunun üçün ayrıca tədbir təşkil etməyəcək, yenilik haqqında məlumatı press-reliz ilə insanlara çatdıracaq. “iPhone 12 və Pro modellərinin tarixləri barəsində bir dəyişiklik olsa sizə öncədən xəbər edəcəyəm”, - deyə Con bildirir.


O, həmçinin izləyicilərinə xatırlatma edib ki, onun təxminləri 80% düz çıxır, relizlərin vaxtları haqqında bir dəfə də olsun səhv bir məlumat verməyib.


Öz növbəsində, Apple-ın özündən təsdiq edirər ki, iPhone satışları koronavirus pandemiyasının nəticələrindən dolayı, ənənəvi vaxtdan daha gec baş tutacaq.


Şirkət dedlayna əməl etməyə çalışsa da, tədarük zəncirindəki gecikmələr, Apple-ə mane olub. Şirkətin maliyyə direktoru Luka Maestri investorlara bildirib ki, cari ildə yeni iPhone modellərinin təqdimatı bir neçə həftə gec baş tutacaq.


“Keçən il biz yeni iPhone modellərinin satışını sentyabr sonundan etməyə başladıq. Bu il isə satışların ənənəvi vaxtdan bir neçə həftə gec baş tutacağı deyilir”, - deyə Maestri bildirib.


Qeyd etmək yerinə düşər ki, bu Apple-ın özünün yeni məhsullarının təqdimatını ənənəvi vaxtdan gec etməsi ilk dəfə deyil ki, baş verir. 2017-ci ildə iPhone X Iphone 8 modeli ilə birlikdə təqdim edildi. Ancaq istehsalda yaranan problemlərdən dolayı smartfonun satışları noyabrın sonunadək baş tutmadı.


2018-ci ilin sentyabrında ictimaiyyətə ilk dəfə iPhone XR məhsulu təqdim edildi. Ancaq onun satışlarına isə oktybrda başlandı. Gəzən şayiələrə görə, buna qajet üçün LCD-ekranların hazırlanmasındakı çətinlik səbəb olmuşdu.


Bildirək ki, bu həftə məlum oldu ki, mərhum Stiv Cobsu əvəz edən Apple şirkətinin rəhbəri Tim Kuk-un sərvətinin həcmi Apple-ın kapitallaşmasının artmasına görə, milyardı keçib.

Ötən həftə isə Apple-ın səhmlərinin dəyəri 5% artdı və bazar dəyəri 2 trilyon dollara çatdı. Bu hadisə “alma” şirkətinin rəhbəri Tim Kuka birinci dəfə milyarder olmaq şansını verdi.