Xidmət PayPal, Mastercard və Visa kartları ilə işləyir.


Rusiyada Facebook-un ödəmə sistemi olan Facebook Pay istifadəyə verilib.


Facemark.az xəbər verir ki, xidmət istifadəçilərə, həm sosial şəbəkələr, həm də messencerdə ödəniş etmək fürsəti verir.


Bura şirkətə daxil olan sosial şəbəkələr Facebook, Facebook Messenger, Instagram və WhatsApp aiddir.


Məlumata görə, insanlar bu sistem vasitəsi ilə tədbirlərə bilet ala, ianə edə və reklam ödənişlərini həyata keçirə bilərlər.


Facebook Pay Mastercard və Visa kartlarını, həmçinin PayPal ödəniş sistemini dəstəkləyir. Sərbəst şəkildə isə valyutanı seçmə mümkündür.


Facebook-un ödənişlərdən komissiya tutacağı barədə isə məlumat yoxdur.


Xatırlatmaq yerinə düşər ki, şirkət bu sistemi 2019-u ilin sonunda ABŞ-da təqdim etmişdi.