Facemark.az Instagram-da sizin üçün faydalı olacaq 7 xidmətdən bəhs edib.
Picture.plus — xidmətinə özünüzün mətnini əlavə etdiyiniz zaman orfoqrafiya, tipoqrafik səhvləri düzəldir və abzasları səliqəli şəkildə saxlamaqla mətni Instagram üçün formalaşdırır. Həmçinin xidmət posta təglər də əlavə edir. Bu, xidmət insta-kopirayterlərin üçün faydalıdır.
Boss.Direct — Instagramda satış və cəlbedici söhbət botları yaratmaq üçün xidmətdir. Xidmətin özünün oyun mexanikası üçün şablonları var, eləcə də təlimat bölməsindən addım-addım söhbət botlarının necə yaradımasını görə bilərsiniz.
Rosebud AI — Xidmət neyron şəbəkələrinin köməyi ilə sizin üçün fotomodel hazırlayır. Siz foto stokdan bir şəkil götürürsünüz və ona uyğun gördüyünüz sima, saç və başqalarını əlavə edirsiniz. Xidmət pulludur. Funksiyanın çox hissəsi pullu istifadəçilər üçün əlçatandır.
Popsters — müxtəlif parametrlərə görə, rəqiblərin araşdırılmasıdır. O, təkcə Instagramda çalışır. O 12 sosial şəbəkə ilə çalışır. Siz test mərhələsində xidmətdən pulsuz istifadə edə bilərsiniz. Xidmət vasitəsilə hesabatları tez bir zamanda yükləyə bilərsiniz.
AiTarget — Facebook-un rəsmi partnyorudur. Xidmət Fb və Inst.-da target reklamını avtomatlaşdırmağa və fərdiləşdirməyə imkan verir. Xidmətin test mərhələsi yoxdur, amma istifadə edənlərin geridönüşləri göstərir ki, nəticələr yaxşıdır.
Lizaonair — müsabiqədə qalib gələni seçmək üçün pulsuz və adi bir xidmətdir. Xidmət Instagram, Facebook, YouTube, VK ilə çalışır. Postun linkini xidmətdə yerləşdirirsiniz və nəticəsiniz gözləyirsiniz. Başqa bir əməliyyat aparmağınıza ehtiyac yoxdur.
SMMbox — Sizin axtardığınız mövzu üzərindən ideya tapmağa kömək olan xidmətdir.
Öz təcrübələrinizi bizimə paylaşın. Təqdim olunan siyahıdan hansını seçə bilərsiniz? Maraqlı əlavə və xidmətlər haqqında başqa nə bilirsiniz?