Apple flaqman beş ölkədə ən populyar smartfon olub.


Facemark.az xəbər verir ki, bu haqda bazar üzrə aktual araşdırmalar edən Counterpoint-in saytında məlumat verilib.


Aprel 2020-ci il üzrə hesabatda deyilib ki, iPhone 11-in ABŞ bazarındakı payı 16% olub. Qurğu, həmçinin Çin, Böyük Britaniya, Almaniya və Yaponiya bazarında liderlik edib.


Xüsusilə Çin bazarında Oppo A8, Honor 9X 4%-lik paya, Vivo Y3 isə 3%-li paya sahib olub. ABŞ bazarında iPhone 11, 4%-lik bir fərqlə bazardan 12%-lik pay alan Samsung Galaxy A10e -ni qabaqlayaraq əldə edib.


Bir çox bazarlar üzrə də agentliyin mütəxəssisləri araşdırma aparıb. Nəticələrə görə, iPhone 11 yenə liderliyi əldən verib. Belə ki, Cənubi Koreyada TOP 5-likdə birinci yeri 11%-lik bazar payı Samsung Galaxy A90 5G əldə edib.


Fransada isə birinci və ikinci yerlər Samsung Galaxy A51 və iPhone 11 tutub. Müvafiq olaraq bazardan 8 və 7%-lik pay əldə ediblər. Hindistanda isə ən popular smartfonlar Xiaomi Redmi Note 8 və Redmi 8 olub. Bazar payı isə 14%-dir.


Mütəxəssislər deyib ki, Cənubi Koreyada ən çox tələb olunan 3 qurğu 5G dəstəyinə sahibdir. Hindistanda isə Top-5-ə Xiaomi Redmi smartfonları daxil olub.


Ekspertlər əlavə ediblər ki, 2019-cu ilin oktyabrında iPhone 11 ABŞ, Böyük Britaniya, Çin, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya bazarlarında da ən popular smartfon idi.


Bir çox bazarlarda lider olan iPhone 11, 2019-cu ilin payızında təqdim edilmişdi.


Qurğu iPhone smartfonları xəttində qiymətinə görə ən əlverişlisi hesab olunurdu, hətta qonşu ölkə Rusiyada onun qiyməti 60 000 rubl idi.
İnsayderin hesabatında görə, bu payızda bazara iPhone 12 xəttinin 4 smartfonu bazara çıxarılacaq.