Covid-19 virusu 0,12 mikronluq ölçüsünə baxmayaraq dünyanın hər nöqtəsinə təsir edə bilmişdir. Mikronu daha yaxşı başa düşməyiniz üçün qeyd edim ki, 1 mikron bir metrin milyonda biri, millimetrin isə mində biri deməkdir. Necə deyərlər, bap balaca boyu var, dam dolusu toyu var.


Heç 1 mikronluq ölçüsü də olmayan bir şey dünya üzərində çox böyük dəyişikliklərə səbəb oldu və hələ də davam edir. Çox böyük təsir göstərdiyi sahələrdən biri də biznes sahəsidir. Əvvəllər daha az qarşımıza çıxan məsafədən çalışmaq, onlayn konfranslar, onlayn iclaslar, virtual ofis anlayışları ilə hazırda demək olar ki, hər gün qarşılaşırıq.


Məsafədən çalışmaq, eyni zamanda müdirlərin düşüncəsindəki iş üçün mütləq ofisdə olmaq lazımdır, işçinin başında durmaq lazımdır, yoxsa iş axsayar anlayışının doğru olmadığını sübut etdi. Və işçilərin məsafədən çalışmağının nəticəsində ofislər boş qaldı.


Müdirlərin onlayn şəkildə çalışmağın mümkünlüyünü və məhsuldarlığını görməsi pandemiya bitdikdən sonra da böyük ofislərdən daha çox kiçik ofislərin kirayə olunacağına səbəb ola bilər. Hazırda isə yeni ofis axtarışında olanlar üçün bir neçə biznes mərkəzinin ofis icarə qiymətlərini təqdim edirik.


STN Plaza


Ofislərin böyüklüyü 200-500 m² arasında dəyişir. İcarə haqqı hər kvadratmetr üçün 12 manatdır. Hazırda 7-ci mərtəbəsində 1 otaqlı (210 m²), 10-cu mərtəbəsində 6 otaqlı (250 m²), 13-cü mərtəbəsində isə 4 otaqlı (210 m²) ofislər icarəyə verilir. Kommual xidmətlər icarə haqqına daxildir.


Çinar Plaza


Binaya kartlı giriş, 24 saat iş rejimi, hər mərtəbədə 2 mətbəx, 5 mərtəbəli dayanacaq, 24 saat video müşahidə sistemi, 24 saat mühafizə sistemi, havalandırma sistemi və digər xüsusiyyətlərə malikdir. İcarə haqqı 1 kvadratmetr üçün 30 manatdır. Ofislərin böyüklüyü 30-100 m² arasında dəyişir. Hazırda 1 otaqlı (48 m²) ofis icarə verilir.


AF Bussines House


28 May metrostansiyasının yaxınlığında yerləşən Biznes Mərkəzində icarə haqqı hər kvadratmetr üçün 20 manatdır. Hazırda 2-ci mərtəbəsində 3 otaqlı (94 ), 5-ci mərtəbəsində isə 4 otaqlı (134 m²) ofis icarəyə verilir.


Rusel Plaza


Mebellərlə təchiz olunmuş ofislərə, optik internetlə təminata, fasiləsiz olaraq video-müşahidə və mühafizə xidmətlərinin həyata keçirilməsinə, plazadaxili kafeyə və digər xüsusiyyətlərə sahibdir. 1 kvadratmetrin icarə haqqı 20 manatdır. Hazırda 4-cü mərtəbəsində 1 otaqlı (115), 8-ci mərtəbəsində 3 otaqlı (150 m²), 10-cu mərtəbəsində isə 6 otaqlı (300 m²) ofis icarəyə verilir.


AF Mall


Biznes Mərkəzi Bakının mərkəzində, Sahil, 28 May, Nizami metrostansiyalarının, Səməd Vurğun və Qış Parkının yaxınlığında yerləşir. 1 kvadratmetrinin icarə haqqı 18 manatdır. 4-cü mərtəbəsində 2 otaqlı (87 m²), 3-cü mərtəbəsində 5 otaqlı (260 m²) ofis icarəyə verilir.


Allaz Park Business Center


Hər kvadratmetrin qiyməti 15-20 manat arası dəyişir. Hazırda, 3-cü mərtəbəsində 2 otaq (36 m²), 1 otaq (44 m²), 4-cü mərtəbəsində 1 otaq (33 m²), 5-ci mərtəbəsində 1 otaqlı (70 m²) ofislər icarəyə verilir.


Aynalı Plaza


Aynalı Plaza Nəriman Nərimanov rayonunda yerləşir. Kommunal xərclər kirayəyə daxil deyil. İcarə qiymətləri 1800-2500 manat arası dəyişir. Lakin yuxarı mərtəbələrin icarə qiymətləri fərqlənir. Təxminən 4000 manatadək yüksəlir.


Ofislərin icarə qiyməti şəhərin mərkəzinə yaxınlıq, əlverişli nəqliyyat qovşağında yerləşmək, kommunal xərclərin daxil olub-olmaması, təmirli olub-olmamaları kimi amillərə, əsasən fərqlənir. Ofislərin icarə olunmasında Nərimanov, Nəsimi, Xətai, Səbail, Yasamal rayonları üstünlük təşkil edir.


Qaradağ, Sabunçu və Suraxanı rayonlarında isə ofis kiralamağa təlabat çox aşağıdır. Sonunculardan əlavə ucuz ofislərin olduğu rayonlar olaraq Nizami və Binəqədi rayonlarını da qeyd edə bilərik. Nizami və Binəqədi rayonlarında 1 kvadratmetri 6,5-9,5 manat arası ofislər tapmaq mümkündür.


Müəllif: Y.A.