Günümüzdə taksilər rahat və etibarlı nəqliyyat vasitəsi olmaqla yanaşı, sərnişinləri bir gediş haqqı ilə daşımaq üçün lisenziyaya malikdirlər və sərfəli olmaları ilə öz aktuallığını qoruyub saxlayırlar.


Taksilərin müxtəlif rəngdə və müxtəlif quruluşda olmasının səbəbi nədədir?


Taksilərin quruluşu, onun rəngləri həmin ölkənin toplumunun insight-ını da əks etdirir. Bir yerin mətbəxindən nümunə götürmək kimi, yerli bir taksidə səyahət etmək, əksər hallarda, həmin yerin mədəniyyəti barədə də məlumat verəcəkdir. Bəziləri bir çox xüsusiyyətləri paylaşsalar da, hamısı eyni dərəcədə yaradılmamışdır. Bu nəqliyyat vasitələri ölkədən ölkəyə və hətta şəhərə dəyişir, ziyarətçilərə geniş təcrübə təqdim edir.


Gəlin, dünyada ən çox tanınan taksi növlərinə nəzər yetirək:


New Yorkun sarı taksiləri:


Şəhərin ilk benzinlə işləyən taksiləri, uzaqdan görünmək üçün 1907-ci ildə Fransadan gətirilmiş və sarı rəngə boyanmışdır. Hazırda da NYC-də adi avtomobillərdən daha çox sarı taksilər var.


Vyana fiakerləri:


Vyanada taksilər fiaker adlanan taxta fayton olaraq fəaliyyət göstərir. Adətən ailə şirkətləri tərəfindən idarə olunur, 1693-cü ilə aiddir və şəhərin zəngin irsinin bir hissəsidir. Bu gün bu ənənəvi at arabaları, əsasən toy və mərasimlərdə istifadə olunsa da, zərif Avstriya paytaxtına gələn qonaq üçün yaddaqalan, orijinal təcrübə yaradır.


Hindistanın “rickshaw” taksiləri:


Köhnə qara-sarı rickshaw adlanan taksilər Hindistanın xaotik küçələrində ağ rəngli, xüsusi markalı taksilərlə qarışsa da, qonaqları ən ucuz və orijinal səyahət təcrübəsi ilə təmin edən özünəməxsus səyahət təcrübəsidir.


Londonun ikonik qara taksiləri:


Taksinin mənşəyini 1605-ci ildən, Londonda ilk dəfə fəaliyyətə başlayandan görmək olar. Təəccüblü deyil ki, şəhərin nəhəng qara taksiləri dünyanın ən yaxşı taksiləri sırasında yer alır.


Azərbaycanın yerli taksiləri - Yeni gətirilən qırmızı rəngli "ağıllı" taksilər


Ölkəmizdə fərqli taksi rənglərinə rast gəlmək olar. Sonuncu olaraq avqustun əvvəlində Bakıya 100 ədəd “London taksiləri” gətirilmişdir. Belə ki, bu taksilər smart texnologiya daşıyıcısıdırlar, yanacaq əvəzinə elektriklə fəaliyyət göstərirlər. Yeni gətirilən taksilərdə pandemiya şəraiti nəzərə alınmış, sürücü və sərnişinlər üçün təhlükəsiz şərait maksimum nəzərə alınmış, wifi-la təchiz olunmuş, hətta görmə qüsurlu sərnişinlər üçün Brayl əlifbası ilə idarəetmə paneli quraşdırılmışdır.


Müəllif: Fidan Əzizova