Texnologiya inkişaf etdikcə sosial şəbəkələr daha da qloballaşır və bu şəbəkələrdən bir kütləyə müraciət etmək daha da asan olur. Bu şəbəkələrdən hər il daha çox populyarlaşmış olanı “Instagram”-dır. “Instagram” populyarlaşdıqca influencerlər yaranmağa başladı və fenomenal olmaları onlara xitab edə biləcəkləri kütlədən əlavə maddi qazanc da gətirdi.


2020-ci il statistikasına, əsasən “Instagram”da aşağıdakı influencerlər daha çox izləyici sayına çatıb. Bəs bu influencer siyahısında qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?


- Cristiano Ronaldo (@cristiano) – Dünyaca tanınmış futbolçu 238 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real profillərdir. İzləyicilərinin 70%-i ingilis dillidir. Bir paylaşım üçün təxmin edilən qazancı $473,005 - $788,341 aralığındadır.


- Ariana Grande (@arianagrande ) – Amerikan müğənnisi, aktrisa və bəstəkar Ariana Grandenin izləyici sayı 199 milyon təşkil edir. Bir paylaşımına gələn ortalama şərh sayı 26 mindən çoxdur. Bir paylaşım üçün ortalama qazanc intervalı $395,589 - $659,315 ibarətdir.


- Kylie Jenner (@kyliejenner) – Amerikalı model və iş qadını olan Kylie 192 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real və ingilis dilli profillərdir. Bir paylaşım üçün təxmin edilən qazancı $381,089 - $635,148 intervalındadır.


- Selena Gomez (@selenagomez) - ABŞ aktrisası, müğənni Selena Gomez 189 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real profillərdir və 18-24 yaş aralığındakı şəxslərdir. Bir paylaşım üçün təxmin edilən qazancı $375,787 - $626,311 aralığındadır.


- Kim Kardaşyan (@kimkardashian) – Erməni əsilli Amerikan modeli, sahibkar Kim Kardaşyanın izləyici sayı 186 milyon təşkil edir. Paylaşımlarına gələn ortalama bəyənmə sayı 2 milyondan çoxdur. Bir paylaşım üçün qazancı $369,542 - $615,903 aralığından ibarətdir.


- Leo Messi (@leomessi) – Argentina futbolçusu olan Messi 164 milyon izləyiciyə sahibdir. İzləyicilərinin çoxunu 18-24 yaş aralığında olan xanımlar təşkil edir. Bir paylaşım üçün təxmin edilən qazancı $326,549 - $544,249 intervalındadır.


- Kendall Jenner (@kendalljenner) – Amerikalı media şəxsiyyəti və model olan Kendallın izləyici sayı 137 milyon təşkil edir. İzləyicilərinin təqribi 66%-ini xanımlar təşkil edir. Bir paylaşım üçün təxmin edilən qazancı $273,594 - $455,990 intervalındadır.


Son statistikalara, əsasən belə nəticəyə gəlmək olar ki, kişi influencerlər qadınlardan daha çox qazanır.


Müəllif: Fidan Əzizova