Oyun sahəsində karyera qurmaq sadəcə “gamer” olmaqla məhdudlaşmır. Müxtəlif karyeralardan birini seçməklə əgər siz də gələcəkdə oyun sənayesinə qatılmaq istəyirsizsə, aşağıdakı sahələrdən birini seçə bilərsiniz.


Oyun animatoru (Game Animator) - Oyunlardakı qrafik və dizaynların ustaları oyun animatorlarıdır. Oyun animatorları oyun personajlarını və obyektlərini tərtib edir, canlandırır və yenidən yaradırlar.


Oyun prodüseri (Game Producer) - Video oyun prodüseri, bütün oyunun inkişaf mərhələlərinin planlaşdırılması, koordinasiya edilməsi və nəzarət prosesində iştirak edir. Onlar qismən oyunun redaktoru, qismən prodüseri, qismən də menecerləridir. Onların əsas olaraq işinə layihənin planlaşdırılması, büdcə məsələləri, redaktə edilməsi və layihənin lisenziyalaşdırılması daxildir.


Səs mühəndisi (Audio Engineer) - Səs mühəndisi olaraq siz oyun prodüserinin göstərişlərinə uyğun olaraq bütün oyunun səs effekləri, ambiyans səsləri, arxa fon səsləri üzərində işləyəcəksiniz.


Yaradıcı direktor (Creative Director) - Video oyun yaradıcı direktorları oyunun ümumi görünüşündən və hissindən məsuldurlar. Onlar oyunun konsepsiyasının yaradılmasından başlayaraq, son nöqtəsinə qədər oyunun bütün aspektlərini idarə edirlər. Yaradıcı direktor olaraq oyunun səs və görüntü stili, hekayəsi, hekayənin oyun sevərlərə çatdırılması forması ilə yanaşı, marketinq tərəfi ilə də maraqlanacaqsınız. Oyun sahəsində uğurlu karyera qurmağı və oyun sənayesi daxilində olmağı arzulayan çox insan daha çox yaradıcı direktor olmağı seçir.


Oyun dizayneri (Game Designer) - Oyun dizayneri olaraq, oyunun vizual aspektləri olan obrazların, qrafikaların, alətlərin, silahların və s.-ın dizaynı ilə məşğul olacaqsınız. Oyun developerləri ilə müqayisədə isə oyun dizaynerləri daha az qazanırlar.



Oyun proqramçısı (Game Programmer) - Oyun proqramları və inkişaf etdirmə vasitələri üzərində çalışırlar. Oyun proqramçısı oyun sahəsində karyera axtaranlar üçün ən çox seçilən peşələrdən biridir.


Oyun rəssamı (Games Artist) - Video oyunlarında 3D personajları və digər qrafikaları görmüsünüzmü? Həmin qrafikalar və personajlar oyun rəssamı tərəfindən yaradılır. Siz oyun rəssamı olaraq, bir video oyunun bütün vizual elementləri üçün 2D və 3D şəkillər yaradacaqsınız. Bunlara simvollar, avtomobillər, arxa planlar, əşyalar, tekstura, geyim və rəngləmə daxildir. Oyun rəssamı oyun dizayneri və yaradıcı direktorun rəhbərliyi ilə fəaliyyət göstərir.


Baş rəssam (Lead Artist) - Oyun yaradılma prosesində texniki və estetik standartlar yaratmaq üçün demək olar ki, hər sahədə çalışırlar. Konsol interfeysinin dizaynına, ardıcıllığına və oyun xüsusiyyətlərinin istifadə ediləbilirliyinə də diqqət yetirirlər. Yaradıcı zehniniz və bir az analitik və texniki bacarığınız olduğu təqdirdə oyun sənayesində rəssam davamında da baş rəssam olaraq karyera qura bilərsiniz.


Yazıçı (Writer) - Oyun sənayesində ən yeni və perspektivli karyera seçimlərindən biridir və yazıçı olaraq video oyunu üçün ssenarilər, skriptlər, hekayələr, dialoq və digər texniki yazıları yaza bilərsiniz.


Oyun sınayıcı (Game Tester) - Video oyunun xətasız olduğundan əmin olmaq üçün, oyunu oynayırsınız, bütün səviyyələri tamamlayırsınız və istifadəçi təcrübəsinə, xətaya, səs rejiminə, dialoqlara, sürətə əsaslanaraq oyunu sınayırsınız. Oyun sənayesində olmaq istəyirsinizsə oyun sınayıcısı olmaq əla seçim ola bilər.


Oyun sənayesində karyera qurmaq istəyirsiniz, amma həqiqətən peşəkar bir oyunçu deyilsinizsə, yuxarıda qeyd olunan peşələrdən birini seçə bilərsiniz.


Müəllif: Y.A.