Google Chrome, Firefox və Opera-dan geridə qalan, istifadəçi sayı yox səviyyəsində olan Internet Explorer üçün yolun sonu gəlib.
Microsoft-un bloq səhifəsindən etdiyi açıqlamaya görə, brauzerin 17 Avqust 2021-ci ildə fəaliyyəti dayandırılacaq.
Şirkətin ikinci nəsil brauzeri Edge isə 9 Mart 2021-ci ildə fəaliyyətini dayandıracaq. Bu tarixdən sonra isə Chromium əsaslı yeni nəsil Edge brauzerinə keçid ediləcək.
Facemark.az-ın məlumatına görə, Internet Explorer 17 Avqust 2021-ci ildə OneDrive, Outlook, Office 365 və oxşar əlavələrdə istifadə edilə bilməyəcək.
Microsoft Teams istifadəçiləri isə 30 Noyabr 2020-də Explorer 11 istifadə etməyəcək.
Microsoft: “Internet Explorer” təhlükəli ola bilər
Microsoft, daha öncə yenilənməsini dayandırdığı brauzeri Internet Explorer-in yeni veb standartlarını dəstəkləmədiyinə görə, istifadəsini tövsiyə etməmişdi.
Məsələ ilə bağlı açıqlama edən Windows kiber təhlükəsizlik üzrə mütəxəssisi Chris Jackson, Internet Explorer-in uzun müddətdir yenilənmədiyini və buna görə də təhlükəli olacağını demişdi.
Açıqlamasına əlavə etmişdi ki, istehsalçılar Internet Explorer-ə nəzarət etmirlər, ona görə də bu brauzerdən istifadəni dayandırmalısınız.